Konyuktivit

Konyuktivit

İnsan orqanizmində gözlər ən vacib orqanlardan biridir. Gözlər üzə yaraşıq verərək  görmə kimi çox əhəmiyyətli bir rol oynayır. Göz xəstəlikləri çox geniş yayılmışdır. Belə ki, həm orqanın quruluşu və sinir təchizatı olduqca mürəkkəbdir, həm də xəstəlikləri rəngarəngdir. Gözlərin 2,3,4,5,6-cı cüt baş beyin sinirləri ilə təchizi çox mürəkkəb olduğu kimi xəstəlikləri də olduqca çoxdur. Göz xəstəlikləri anadangəlmə, infeksion və allergik etiologiyalı olur. Konyuktivit çox tez-tez rast gəldiyimiz xəstəliklərdəndir. Xəstəlik gözün sklerası və selikli qişasının iltihabi xəstəliyidir. Bu zaman gözlərdə yad cisim hissiyyatı, qızartı, şişkinlik, qaşınma, qıcıqlanma, sulanma, irinli-selikli ifrazatın axması, göz qapaqlarının bir-birinə yapışması, ağrı kimi simptomlar meydana çıxır. Xəstəliyin törədiciləri müxtəlif mikroorqanizmlər – virus, bakteriya və göbələklərdir. İnfeksion-allergik konyuktivitlər tez-tez rast gəlinən növündəndir.

Konyuktivit xəstəliyinin kəskin dövrü

Konyuktivit xəstəliyi kəskin dövrdə müalicəyə asanlıqla tabe olur. Əgər xəstəliyin kəskin dövründə vaxtında və düzgün müalicə aparılmasa, müalicə gecikdirilərsə və yaxud da heç aparılmazsa, xroniki formaya çevrilir. Bəzən konyuktivit bir gözdə yaranır, sonra kontakt yolu ilə ikinci gözə də keçir. Ailədə əgər bir nəfərdə konyuktivit xəstəliyi əmələ gələrsə, yenə də kontakt yolu ilə digər ailə üzvlərinə asanlıqla yayılır. Buna görə konyuktivit xəstəsi olan şəxs əllərini tez-tez yumalı, xəstə gözə vurub digər gözə toxunmamalı və ailə üzvləri ilə dəsmal və digər məişət əşyalarını ayırmalıdır. Düzgün və vaxtında aparılmayan müalicə xroniki konyuktivit ilə nəticələnir ki, bu da gözün buynuz qişasının xorası, görmənin pozulması və keratit kimi ağırlaşmalara gətirib çıxarır. Bəzən təkrar baş verən müxtəlif etiologiyalı konyunktivitlər göz yaşı kanalının tutulmasına səbəb olur. Bu kanal göz yuvası ilə burun boşluğunu birləşdirir ki, daima göz yuvasını və göz almalarını yuyan və gözləri nəm saxlayaraq sürtünmədən qoruyan göz yaşı bu kanal vasitəsi ilə burun boşluğuna tökülür. Göz yaşı kanalının iltihab nəticəsində tutulması zamanı daimi olaraq az miqdarda ifraz olunan göz yaşı xaricə axır.

Soyuq havalarda isə bu daha da kəskin büruzə verir. Xəstəliyin ilk əlamətləri meydana çıxarkən evkalipt gülümbahar, adaçayı aptek çobanyastığı və cökə çiçəkləri kimi bitkilərin yığımından ibarət Teasept çayından istifadə etməklə onun qarşısını almaq olar. Belə ki, çaydan həm daxilə, həm də göz yuvasını yumaqla istifadə etmək olar.

 

https://fizulihuseynov.com/