Kəskin və xroniki prostatit

Kəskin və xroniki prostatit

Prostatit termini prostatın kəskin bakterial infeksiyasından tutmuş onun ağrılı olduğu xroniki ağrı sindromlarına qədər müxtəlif xəstəlikləri əhatə edir. Ümumiyyətlə, kəskin və xroniki prostatit kimi iki başlıq altında müayinə edilə bilər.

Kəskin bakterial prostatit bakteriyaların yaratdığı prostat vəzin iltihabıdır. Özünü tez-tez sidiyəçıxma, sidik saxlamazlıq, sidiyəgetmə zamanı yanma və gərginlik, üşümə, yüksək hərarət və halsızlıq kimi simptomlarla göstərir. Bu xəstələrin bütün sidik analizlərində iltihabi hüceyrələrin (epitellər, leykositlər) görünməsi və prostatın müayinəsində prostat vəzin böyümüş və ödemli olması diaqnostikdir. Ümumiyyətlə, bu xəstəlik gənclərdə cinsi yolla keçən xəstəliklərdən sonra, ortayaşlı və yaşlılarda isə prostatın böyüməsi əsasında inkişaf edir. Dərmanlarla müalicə və xəstəyə dincəlmək tövsiyə olunur. Kəskin prostatit yaxşı müalicə olunmazsa, prostat absesi inkişaf edə bilər. Ambulator müalicəyə adekvat cavab yoxdursa, xəstələr xəstəxanaya yerləşdirilməklə müalicə edilməlidir.

Xroniki prostatitin sidiyə çıxarkən yanma, qasıq nahiyəsində və xayalarda ağrı, tez-tez sidiyəçıxma, qeyri-iradi sidik ifrazı kimi simptomları var. Bel ağrısı belə xəstələrin təxminən 10%-də görülə bilər. Bəzi xəstələrdə cinsi boşalma zamanı penisdə, xayalarda və ya qasıq arasında ağrı, narahatlıq ola bilər. Bu xəstəlik ümumiyyətlə, 20-30 yaş arasında və ya 40 yaşdan sonra görülür. Diaqnoz xəstədən alınan məlumatlar işığında və differensial diaqnozda sidik yolları infeksiyası və ya sidik sistemi daşları kimi xəstəliklər istisna olunmaqla qoyulur. Xroniki prostatit müalicəyə çox çətinliklə tabe olur, çünki prostat vəz dərmanların ən çətin təsir etdiyi orqanlardan biridir. Buna görə müalicə müddəti 4-8 həftəyə qədər uzadıla bilər.

Müalicəsi

Müalicəni gücləndirici tövsiyələr olaraq: həftədə 2-3 dəfə cinsi boşalma, isti su sitz hamamları, qəbizlik və soyuqdan qaçınmaq kimi tədbirlər xəstəliyin sağalmasını sürətləndirir. Təkrarlana bilər, ancaq başqa bir xəstəliyə tutulma və ya ciddi bir problem yaratma riski yoxdur. Həm kəskin, həm də xroniki prostatitin müalicəsində medikamentoz müalicə ilə yanaşı bitki müalicəsi də yüksək effektə malikdir. Belə ki, sidik-cinsiyyət yollarından keçən bitki tərkibli məhsullar həmin yollara güclü dezinfeksiyaedici, iltihabəleyhinə, mikrosirkulyasiyaedici və regenerasiyaedici təsir göstərir. Bu məqsədlə Herba Flora şirkətinin Teamen çayı, Nat-prostatNat udi-hindi kapsullarından istifadə etmək məsləhətdir.

https://fizulihuseynov.com/