İmsaqda və iftarda nələrə diqqət etməli.

İmsaqda və iftarda nələrə diqqət etməli.

 

Hamının bir il həsrətlə gözlədiyi, on bir ayın sultanı Ramazan ayına qovuşduq. Ürək dolusu, sevə-sevə yaşamalı və bütün qaydalarına əməl etməli bu müqəddəs ayın. Arzu edək hamının ibadəti, duaları və namazları qəbul olsun. İnsan həyatında Ramazan ayının xüsusi əhəmiyyəti vardır.

Oruc

Oruc və ibadət insanın mənəvi qidası və axirəti üçün sərvətidir. Orucluqda qidalanma qaydası, yəni gündoğannan günbatana qədər ac qalmaq və nəfsinə hakim olmaq ən gözəl ibadətdir ki, ürək-qan-damar sisteminə, mədə-bağırsaq sisteminə və maddələr mübadiləsinə müsbət təsir göstərərək orqanizmin saflaşmasına xidmət edir. Oruc tutarkən nə yeməyimizlə yanaşı necə yeməyimizin də orqanizmə mənfi və müsbət təsirləri vardır.

Həm imsaqda həm də iftarda elə qidalanmaq lazımdır ki, sağlamlığımızda ciddi problemlər yaranmasın. Məsələn, imsaqda cürbəcür sıyıqlar, soyutma yumurta, qaymaq, kəsmik, duzsuz şor, bal, xurma və s. olması əhəmiyyətlidir ki, gün boyu zülal, yağ və karbohidrat ehtiyacını ödəsin. İmsaqda bol maye qəbulu da məsləhətdir ki, bunun bir hissəsini təbii bitki çayları ilə təmin etmək daha məqsədəuyğundur.

Ən vacib məsələlərdən biri də odur ki, bəzən səhərlər imsaqdan dərhal sonra yatırlar ki, bu da iki cür narahatçılıq əmələ gətirir. Birincisi odur ki, qida qəbulundan dərhal sonra yatarkən ağız suyu ifrazı hələ tam dayanmadığı üçün ifraz olunan şirə udlaqda və əsnəkdə yapışqanlıq yaradaraq tənəffüsün çətinləşməsinə və diskomfort və boğulma hissinin əmələ gəlməsinə səbəb olur. İkincisi də odur ki, yuxuda həzm traktının işi ləngidiyi üçün qida mədədə ləngiyərək epiqasstral nahiyyədə ağrı, və diskomfort əmələ gətirir.

Bütün bu problemlər olmasın deyə imsaqdan sonra ən azı bir saat yatmamaq məsləhətlidir. Gün boyu ac qalıb axşam iftar saatını səbirsizliklə gözləyərkən sağlamlığımız naminə qidalanma mədəniyyətini də unutmamalıyıq. İftarda ən əvvəl bir bardaq ilıq suyu qurtum-qurtum içmək, ardınca qida qəbuluna başlamaq lazımdır.

Qidalanmaya şorba və bir dilim kəpəkli çörək ilə başlamaq məsləhətlidir. Qidanı tez-tez qəbul edərkən həm tam çeynənmir deyə diri-diri udulur, həm də aclıq mərkəzi tormozlanana qədər həddən artıq çox qida qəbul edilir. Bununla yanaşı bir neçə cür qidanı da ara vermədən qəbul etmək ciddi narahatçılığa, mədədə ağırlıq hissinə, epiqastral nahiyədə ağrıya, gəyirmə və ürəkbulanmaya səbəb olur.

iftarda xüsusi yeməklər.

İftarda xüsusən sulu yeməklər, müxtəlif cür şorbalar, kəpəkli çörək, tərəvəzlər, göyərtilər, meyvələrdən istifadə etmək faydalıdır. Yaxşı olar ki şorba ilə ikinci xörəyin arasında 1,5-2 saat zaman keçsin. Həm birinci həm də ikinci xörəyi çox miqdarda qəbul etmək məsləhət deyil.

Ramazan ayında həm imsaqda həm də iftarda bol maye qəbul etmək, həzmin normal getməsi üçün qida qəbulundan əvvəl və aralıq müddətlərdə müxfəlif bitkilərin dəmləmələrindən içməkdə fayda vardır.

və s. həzmi yaxşılaşdıran bitkilərdəndir. Bu bitkilərin dəmləməsindən istifadə etmək həzmi yaxşılaşdıracaq və mədə-bağırsaqların işini yüngülləşdirəcək. Uca ALLAH oruc və ibadətlərinizi qəbul eləsin!

http://fizulihuseynov.com/