Hil toxumunun faydaları.

Mündəricat

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə. Mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur.

Hil həm də əsəb sakitləşdirici bir çaydır, axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur. Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz. Çayın dəmlənilmə qaydası belədir. 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır.

Hil çayı yüksək xolesterini aşağı salır. Cinsi istəyi artırır, immuniteti qüvvətləndirir. Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol – bol hil çayı için. 

Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır. Əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə onda aşağıdakı yazdığım bu mükəmməl qarışımdan istifadə edin. Deməli hil və ud hindi bitkilərini bərabər miqdarda məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın. Ağzı kip bağlanılan şüşə bir qaba tökün. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz.

Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir.

Müəllif: Fizuli Hüseynov.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://herba-flora.comproduct/propolis-pediatrik-spreyi/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.