Faringit nədir?

Faringit nədir?

Faringit udlağın selikli qişa və limfoid toxumasının iltihabı xəstəliyidir. Faringitin yaranma səbəbi çox soyuq və ya isti hava, kimyəvi amillər və selikli qişaya qıcıqlandırıcıların təsiridir. Həmçinin udlağın müxtəlif mikroorqanizmlər və viruslar tərəfindən zədələnməsi, əlverişsiz ətraf mühit şərtləri, stress, orqanizmin müqavimətinin azalmasıda faringit xəstəliyinin yaranmasına səbəb olur. Bəzi hallarda selikli qişaların baryer funksiyasının zəifləməsi, allergiya, göbələk, udlaqla bitişik zədələnmiş orqanlardan iltihabın yayılması da faringit yaranmasına səbəb ola bilər.

Faringit xəstəliyinin simptomları:

  • Udarkən ağrı, boğaz ağrısı, ağızda və udlaqda bəlğəmin yığılması.
  • Boğazın selikli qişasının qızarması və bəzi dənəciklərin görünməsi.
  • Quru öskürək, xüsusilə qapalı məkana girərkən.
  • Geniş irinli çöküntülərin, qırmızı düyünlərin olması və regional limfa düyünlərinin böyüməsi.
  • Ümumi zəiflik, hərarətin yüksəlməsi, baş ağrısı, səsin kobudlaşması.

Xroniki faringit zamanı klinik mənzərə daha az olur. Boğaz ağrısı və quru öskürək ilə məhdudlaşır. Əsas əlamətlərindən biri udlağın selikli qişasında quruluğun olmasıdır ki, bu da infeksiyanın asanlıqla yayılmasına və quru öskürəyə səbəb olur.

Faringit tez-tez virus və bakteriyalarla bir yerdə törədilir ki, çox zaman udlaqla birlikdə badamcıqlar da prosesə qoşulur. İlkin mərhələlərdə faringitin müalicəsi xəstəliyin tam sağalmasına zəmanət verir. Ancaq vaxtında müayinə və müalicə edilmədikdə xəstəlik xroniki vəziyyətə keçə və digər orqanların da prosesə qoşulmasına səbəb ola bilər. Udlaq aşağıdan qırtlaq, yuxarıdan isə ağız və burun boşluğu ilə əlaqələndiyi üçün faringit asanlıqla laringit, bronxit, rinit, qlossit, adenoidit, tonzillit kimi xəstəliklərin inkişaf etməsinə şərait yaradır.

Faringitin müalicəsi

Faringit xəstəliyinin müalicəsinə medikamentoz, vitaminoterapiya, mineral komplekslər, fizioterapiya və s. daxildir. Təbii üsullarla aparılan müalicənin effekti çoxdur. Faringitin terapiyasında bol-bol isti içkilər, tez-tez otağın havasını təzələmək və otaqda nəm, təmiz havanı qorumaq vacibdir.

Xalq təbabəti faringitin müalicəsində də özünü sübut etmişdir. Teasept çayı, Teaqrip çayı, Angins10 qarqara üçün məhlul, Angins10 sprey, Teabronx çayı və Bronxonat şərbəti xəstəliyin təbii yolla müalicəsində böyük əhəmiyyətə malikdir. Bu bitki tərkibli məhsulların dəmləməsindən həm daxilə, həm də qarqara və inhalyasiya şəklində istifadə edilir.

Faringit xəstəliyinin xroniki hala keçməməsi üçün vaxtında aparılan müalicə çox vacibdir. Xroniki faringitin kəskinləşməsinin qarşısını almaq üçün İmmunotea çayından istifadə etmək məsləhətdir. Eyni zamanda çox isti və çox soyuq içkilərdən, alkoqoldan, qıcıqlandırıcı qidalardan və soyuqdan qorunmaq faringitin profilaktikasında çox önəmlidir.

https://fizulihuseynov.com/