Dazıotu çoxillik ot bitkisidir. Dazıotu yabanı şəkildə Ukrayna ərazisində geniş yayılıb. Qayalarda bitən və günəşi sevən bitkidir. Tərkibi flavonoidlərlə, saponinlərlə, karotin və askorbin turşusu ilə zəngindir. Mədə-bağırsaq xəstəlikləri zamanı büzücü, iltihab əleyhinə, antimikrob təsir göstərir, toxumalarda regenerasiyanı sürətləndirir. Öd kisəsinin durğunluğu, öd kisəsinin və öd yollarının iltihabı zamanı ödü durulaşdırır, öd yollarındakı gərginliyi azaldır ödqovucu təsir göstərərək ödün on iki barmaq bağırsağa tökülməsini asanlaşdırır. Həzm traktının xəstəliklərində geniş istifadə olunur. Saya əzələlərdə spazmı aradan qaldırır, mədənin sekresiyasını normallaşdırır öd yollarını tonuslandırır.
Qan damarlarını genişləndirir və qan dövranını yaxşılaşdırır. Mərkəzi sinir sisteminin pozğunluqları zamanı da dazıotu geniş istifadə olunur. Neyrosirkulyator distoniya, miqren, uşaqlarda enurez zamanı effektiv təsir göstərir. Nevrozlar və yuxusuzluq zamanı çox gözəl antidepressant effekt verir. Dazıotundan arıqlama zamanı da istifadə etmək olar. Maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən artıq mayeni çıxarır, iştahanı azaldır və bir sözlə insanı artıq çəkidən azad edir. Faydası saymaqla bitməyən dazıotundan siz də istifadə edin, inanılmaz nəticələrə siz də şahid olun. Bitkinin tibdə yerüstü hissəsi, əsasən otu və çiçəkləri istifadə olunur.
Tərkibində hiperisin, flavonoidlər, kversetin, rutin, hiperozid, ksantonlar və s. maddələr var. Dazıotunda tapılan hiperforin və adhiperforin maddələri serotonin, noradrenalin, dofamin kimi maddələrin miqdarını artırır, bu təsiri sayəsində hal-hazırda Avropada depressiyanın müalicəsində geniş istifadə olunur. Bu bitkinin sulu dəmləməsi CYP 3A4 fermentini aktivləşdirdiyindən bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli parçalanmasına və toxumalarımızda yığılıb qalmamasına şərait yaradır. O səbəbdən bütün növ kimyəvi dərmanlarla birlikdə təyini məqsədəuyğundur. Bu bitkidə tapılan hiperisin və hiperforin maddələri dəridə qaşınma və ləkə kimi problemlərdə yaxşı təsir edir, dərini yeniləmək üçün istifadə olunur.
Həkim-nevroloq Axundova Qəndab.
http://fizulihuseynov.com/news/daziotu-317