Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Dəniz duzunun müalicəvi faydaları nələrdir?

Mündəricat

Dəniz duzu

Dəniz duzu adından da məlum olduğu kimi dənizdən əldə edilir və əlavə kimyəvi təsirə məruz qalmır. Tərkibində bizim üçün lazımlı olan bir çox minerallar var. Bu təbii duz marketlərdə satılan yodlu duzdan daha çox faydalıdır. Bu duz tənəffüs sistemindəki problemlərin azalmasında təsirlidir. Bəlğəm yaranmasını azaldaraq daha rahat nəfəs almağa kömək edir.

Faydalı duz qanda xolestrol miqdarının, ürək döyüntüsünün nizamlanmasına kömək edir, yüksək qan təzyiqini azaldır. Bu duz bədəndəki şəkər səviyyəsini qorumağa kömək edərək insulin ehtiyacını azaldır. Şəkər xəstəsi ya da xəstəlik üçün risk altında olanların pəhrizində dəniz duzu önəmli yerdədir.

Kalium elementi əzələlərin və ürəyin normal fəaliyyəti üçün faydalıdır. Dəniz duzundakı kalium yeməyin tərkib hissələri tərəfindən daha yaxşı mənimsənilir. Bununla da əzələ ağrıları, spazmlarıqıc olmalarının qarşısını almaqda effektiv təsir göstərir. Ürəyin fəaliyyətini də yaxşılaşdırır.

Dəniz duzu vannası, quru və qaşıntısı olan dərini, eyni zamanda psoriaz kimi ciddi xəstəlikləri yüngülləşdirməyə kömək edir. Bu vanna məsamələri açır, dərini nəmləndirərək təravətləndirir. Dəniz duzu təbii immunitet gücləndiricidir. Soyuqdəymə, qrip, allergiyaimmun sistem fəaliyyətinin zəifləməsi nəticəsində yaranan digər xəstəliklərlə mübarizə aparır.

Dəniz duzunun faydaları

  • İmmuniteti artırır
  • Çəkini azaltmağa kömək edir
  • Astmaya faydalıdır
  • Qan təzyiqini azaldır
  • Şəkərli diabet üçün faydalıdır

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.