Qan Azlığlığının Təbii Müalicəsi

Qan Azlığlığının Təbii Müalicəsi

Qan azlığının müalicəsi. Qan azlığını təbii yolla necə aradan qaldırmaq olar?

Qan azlığı (Anemiya) hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətə deyilir. Əslində oksigeni özünə birləşdirən və hüceyrələrə daşıyan qırmızı qan hüceyrələrinin əsasını təşkil edən hemoqlobindir. Qanazlığı xəstəliyi qanın qırmızı qan hüceyrələri adlanan eritrositlərin və bədən hüceyrələrini oksigenlə təmin edən hemoqlobin zülalının miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir.

Qan azlığının qanyaradıcı orqan hesab edilən qırmızı sümük iliyinin xroniki xəstəliklərindən tutmuş, orqanizmdə dəmir, fol turşusu, B12 vitamini çatışmazlığı, qadınlarda uzanmış aybaşı tsiklləri, radiasiya, şiş və s. kimi müxtəlif səbəbləri ola bilər. Qan azlığı xəstəliyindən əziyyət çəkənlər üçün Şəfa vitaminini tövsiyə edə bilərik.

Qan azlığı xəstəliyi zamanı dəri ve selikli qişaların solğunlaşması, baş gicəllənməsi, baş ağrıları, halsızlıq, təngnəfəslik, tez-tez tərləmə, saç və dırnaqların tökülməsi kimi müxtəlif simptomlarla müşayiət olunur.

Qan azlığının aradan qaldırılması həkim-mütəxəssislər tərəfindən qan azlığı dərmanı terapiyası ilə tez bir zamanda mümkündür. Lakin ta qədimdən loğman və təbiblər qan azlığının təbii yolla müalicəsinə üstünlük vermişlər.

Qan azlığının müalicəsi üçün hemoqlobinin əsasını təşkil edən “hem” – yəni dəmirin orqanizmə lazım olan miqdarda daxil olmasını təmin etmək lazımdır. Orqanizm tərəfindən rahat mənimsənilən dəmir elementi bitki ve heyvan mənşəli bir çox məhsulların əsas tərkib hissəsidir.

Qan azlığının təbii yolla müalicəsi zamanı dəmirin orqanizm tərəfindən tam sorulması üçün təbii vitamin C və vitamin B ilə zəngin bitkilərin qəbulu əsas götürülmüşdür.

Belə ki, qan azlığı üçün dərmanlar insanlar tərəfindən özbaşına və uzunmüddətli qəbul olunduqda onlar orqanizm tərəfindən tam mənimsənilə bilmir. Bəzən qan azlığı üçün dərman ilə yanaşı təyin olunan C vitamininin aşırı miqdarı böyrəklərdə oksalat daşlarının toplanmasına qədər gətirib çıxarır.

Qan azlığının təbii yolla müalicəsi zamanı isə təbii vitamin C orqanizm tərfindən tam mənimsənildiyi üçün dəmirin də mədə və bağırsaqlar tərəfindən rahat və tam həzm olunmasına şərait yaradır. Qan azlığının təbii müalicəsi zamanı qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.

Səhərlər acqarına tərkibi dəmir, kalium, kalsium, maqnezium, fosfor, sink kimi mikroelementlərlə, C, A, B, E, PP kimi vitaminlərlə zəngin çuğundur, alma, kök şirəsindən istifadə etmək qanazlığı müalicəsi üçün sınanmış və effektiv vasitələrdir.

Qidalanma

Qan azlığımüalicəsi zamanı gündəlik qida rasionunuzu mal əti, dəmir deposu hesab olunan heyvan və toyuq qaraciyəri, qarabaşaq, qırmızı mərci, lobya şorbası, vitamin qaynağı hesab olunan kələm, kök, xiyar, pomidor, kahı, brokkoli və s. kimi tərəvəz və göyərtilərdən hazırlanmış salatlarla zənginləşdirsəniz, tez bir zamanda xəstəlikdən və onun əlamətlərindən qurtulmuş olacaqsınız.

Qanazlığı zamanı düzgün qidalanın, onun təbii müalicəsinə üstünlük verin və sağlamlığınıza qovuşun!

Aşağıda isə sizə qan azlığı xəstəliyi haqqında detallı məlumat, eyni zamanda qan azlığı üçün dərman istifadə etməyin yeganə yol olmadığını, qanın azlığı zamanı hansı təbii müalicə vasitələri yararlı ola biləcəyinə dair məlumat verəcəyik.

Əgər sizdə

– yorğunluq, zəiflik, solğun yaxud saralmış, quru dəri,

– təngnəfəslik, başgicəlmə, soyuq əl və ayaqlar,

– əl və ayaqların keyiməsi, əsəbilik, qulaqlarda küy,

– dodaqlarda çat və ağız bucaqlarında yaralar,

– dırnaqların tez-tez qırılması, laylanması,

– saç tökülməsi, saçların  gec uzanması,

– saç uclarının haçalanması, ağız dadının

– dəyişməsi, diş pastası, təbaşir, torpaq, müxtəlif rənglər və  kimi əlamətlər varsa, bu qanazlığı əlamətləridir.

Növləri:

Fe çatışmazlığı anemiyası,vitamin çatışmazlığı anemiyası (fol turşusu və B 12 defisitli), kəskin anemiya, xroniki anemiya, hemolitik anemiya, oraqvarı hüceyrə anemiyası, talesimiya. Bir çox anemiyaların qarşısını almaq olmur. Lakin Fe defisitli anemiya və vitamin çatışmazlığı -B12 və fol turşusu defisitli  anemiyanın bir sıra vitamin və bioloji aktiv qida əlavələri ilə qarşısını almaq olur.

Fe- lə zəngin qidalar:

– mal əti və digər ətlər,
– lobya, mərci,
dəmirlə zəngin dənli bitkilər,
– tünd yaşıl yarpaqlı göyərtilər,
– qurudulmuş meyvələr.

Fol turşusu ilə zəngin qidalar: həm fol turşusu tərkibli sintetik preparatlar, həm də meyvə və meyvə şirələri, tünd yaşıl yarpaqlı göyərtilər, yaşıl noxud, yer fıstığı, düyü, makaron, dənli bitkilər

B 12 vitamin – ət ,süd məhsulları və soya məhsulları, dənli bitkilər
C vitamini – meyvə şirələri, bibər, brokkoli, pomidor, yemiş, çiyələk.

Bu maddələr dəmirin orqanizm tərəfindən sorulmasını sürətləndirir.

Qanazlığı ən çox qadınlarda, fertil dövrdə (ovulyasiyadan 5 gün öncə mayalanma anına qədərki dövr), hamilələrdə, 1 yaşa qədər uşaqlar, 12-17 yaşlı yeniyetmələrdə daha çox təsadüf olunur.

Qanazlığının ən çox təsadüf olunan növü dəmir defisitli anemiyadır. Fe defisiti bir neçə etapdan keçərək tədricən inkişaf edir. Birinci etapda orqanizmdə Fe qida ilə qəbul ediləndən daha artıq miqdarda sərf olunur,amma toxumalarda kifayət qədər dəmir var. Bu etapı qidalanma tərkibini  Fe-lə, mikroelementlərlə,vitaminlərlə zəngin bioloji aktiv qida əlavələri ilə,məs. Herba Flora şirkətinin Şəfa vitamini ilə zənginləşdirməklə düzəltmək olar ki, o inqridientlər Fe-in orqanizmdə mənimsənilməsinə və paylanmasına kömək edir və Fe defisiti tədricən aradan qalxar.

Əgər defisitin qarşısı alınmırsa zamanla toxumalarda Fe ehtiyatı tükənir. Amma yenə də hemoqlobin səviyyəsi normal ola bilər. Bu dövrdə risk qrupuna daxil olan şəxslərə həkimlər vitamin kompleksləri,bioloji qida əlavələri,hematogen və s. və qidalanmaya nəzarət təyin edirlər. Əgər dəmir defisitinin qarşısı alınmırsa, Fe defisitli anemiya inkişaf edir.Risk qrupuna yenidoğulmuşlar,yeniyetmələr,hamilə və südverən analar,reproduktiv dövrdə olan qadınlar (bütün menstrual tsikli izlənən qadınlar mütəmadi qan itirdikləri üçün) daxildir.

Hamiləlik zamanı qan azlığı

Qanazlığı üçün dərmanlar hər zaman ən yaxşı seçim olmaya bilər. Hamilələrdə qadın həm özünü, həm də körpəni dəmirlə təmin etməlidir. Doğuş zamanı körpədə anadan alınan 300 mq dəmir toplanır. Yenidoğulmuşlar üçün dəmir mənbəyi ana südüdür. Fe sinir toxumasının da formalaşmasında iştirak edir.

Diaqnostika etmək üçün,hətta hemoqlobin enməmişdən öncə də qan zərdabında ferritin və transferrini yoxlatmaq olar. Hər iki göstəricinin aşağı düşməsi Fe ehtiyatının tükənməsini göstərir.Fe azlığı hemoqlobin azlığina gətirib çıxarır. Qadınlarda normada hemoqlobin 120 q/l-dən, kişilərdə isə 130 q/l-dən yuxarı olmalıdır. Hamilələrdə isə bu norma 110 q/l-ə qədər düşür.

Dəmir.

Dəmir defisiti zamanı məsləhətdir: ət-qaraciyər, yumurta, tərəvəz, meyvələr, vit. C, B, fol turşusu (Fe-un sorulmasını sürətləndirirlər). Tünd çay qəbulu minimuma endirilməlidir. Dəmirlə zəngin qidalar süd məhsulları ilə birgə qəbul edilməməli! Dəmirlə zəngin 2 və 3 valentli  dərman preparatları isə çox vaxt qida qəbulu zamanı təyin olunur ki, bu zaman onun sorulması sürətlənir. Müalicə kursu 3-5 ay çəkir. Südəmər körpələrə Fe preparatları damcı şəklində smeslərə əlavə olunur,böyük uşaqlara isə sirop şəklində istifadə etmək daha rahatdır.

Hər bir halda qanazlığının profilaktikası üçün  vitaminlərlə zəngin qidalar qəbul edin,gündəlik rasionunuza mikroelementlərlə zəngin bioloji aktiv qidalar,məs: Herba Floranın Şəfa vitamini, hematogen və s.əlavə edin, açıq, təmiz havada bol-bol yürüşlər edin,sağlamlığınızın qeydinə qalın!

http://fizulihuseynov.com/