5 problemə 5 təbii həll

Mündəricat

5 sağlamlıq problemi üçün ən təsirli təbii həll yolları! (Depressiya, Bel ağrısı, Baş ağrısı, Ödem, Yuxusuzluq)

1. Yuxusuzluq

Yuxusuz gecələrə son. Təbii metodların gücündən faydalana bilərsiniz!

  • Qidalanma: Yemək zamanı ayran, yatmazdan əvvəl ballı süd için. Süddəki zülal əvvəlcə serotonin, daha sonra yuxu hormonu – melatonin olur və bu da bizi yuxuya hazırlayır.
  • Dərman bitkiləri: Pişikotu kökü, mayaotu, lavanda, melissa, çobanyastığı dəmləmələrini qəbul edə bilərsiniz.
  • Melissa çayının hazırlanması: 2-3 çay qaşığı melissanı 1 stəkan qaynar su ilə dəmləyin, 8-10 dəqiqə dəmdə saxladıqdan sonra süzün. Gündə 2-3 stəkan, bal ilə şirinləşdirərək içə bilərsiniz.

2. Baş ağrısı

Hava dəyişikliyindən stresə qədər bir çox hallar baş ağrısına səbəb ola bilər.

  • Dərman bitkiləri: Ağrınız təzə başlamışsa, xardal tozu ilə ayaqlarınızı vanna edə bilərsiniz.  Bundan əlavə, xrizantema və zəncəfil baş ağrısını yüngülləşdirə bilər.                                                                           
  • Xardal tozu vannası: Qaba doldurduğunuz suya 4 xörək qaşığı qara xardal tozu tökün. Ayaqlarınızı 10 dəqiqə saxlayıb su ilə yuyun və yun corab geyinin.

3. Ödem

Menstruasiya başlamazdan əvvəl maddələr mübadiləsi yavaşlayır və nəticədə bədənimiz su yığmağa başlayır.

  • İdman: Gündə 1 dəfə ən azı 30 dəqiqə fitness məşqləri edin.                                                                           
  • Dərman bitkiləri: Gicitkən və ya yaşıl yulaf çayı toksinlərin bədəndən çıxarılmasına kömək edir. Bu şəfalı çaydan gündə 1-2 fincan içmək faydalıdır.

4. Depressİya

Özünüzü zəif və yorğun hiss edirsiniz? Təəssüf ki, menstruasiyadan əvvəlki hormonal dəyişikliklər bəzən depressiyaya səbəb olur. Şikayətləriniz davamlı artırsa, dərhal həkimə müraciət edin. Təkcə əhvalınız dəyişirsə, təbii üsullar köməyinizə çatar.

  •  Dərman bitkiləri: 1ədəd qoz ölçüsündə zəncəfili doğrayıb 1 litr suda dəmləyin və süzün. Gündə 2-3 fincan içə bilərsiniz.

5. Bel ağrısı

Mensturasiya zamanı tez-tez qarın və bel ağrısından şikayət edirsiniz? Bu problem hər dövrdə təkrarlanırsa, mütləq həkimə müraciət edin. Ancaq ağrı yalnız mensturasiya dövrlərində meydana gəlirsə, təbiətin şəfa gücündən faydalana bilərsiniz.

  • Qidalanma: Qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər, kartof və banan kimi maqneziumla zəngin qidalar qəbul edin. Ağrıları aradan qaldırmaq üçün Feminika çayından da istifadə etmək faydalıdır.

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.