HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Fitooil Çayağacı Yağı

Alınması:
Günəbaxan yağında durulaşdırılmış çay ağacı efir yağı (Melaleuca Alternifolia).

Fitooil Çayağacı yağının tərkibində terpinol, sinol, pinin, herpeten, limonen, gerbien, alfa-pinen, borneol və kamfora kimi maddələr var.
Antiseptik, iltihab və mikrob əleyhinə təsir göstərir. Sızanaqları və iltihabları aradan qaldırmağa kömək edir, dərinin yağlılığını azaldır, vəzlərin fəaliyyətini tənzimləyir, dərini sakitləşdirir və regenerasiyanı sürətləndirir.

İstifadəsi:
Təmizlənmiş üz dərisinə, o cümlədən sızanaqların üzərinə gündə 1-2 dəfə çəkilir.

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq. Zədələnmiş və ya həssas dəriyə istifadəsi məsləhət görülmür.

Saxlaması:
Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqların əlinin çatmayacağı yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətin­də istifadə oluna bilər.

Buraxılış forması: 30 ml
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.

Reseptsiz buraxılır.
Kosmetik yağdır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar