Məhsullar

Fi̇tooi̇l Arqan Yağı

Alınması: arqan meyvələrindən soyuq sıxma üsulu ilə alınmış rafinə olunmamış yağ.

Tərkibi: Omeqa-3, Omeqa-6, Omeqa-9 yağ turşuları, olein və linol turşusu, A, E,  F vitaminləri, sterin.

Məhsulun xüsusiyyətləri:  Xaricə istifadə zamanı dəriyə qidalandırıcı, nəmləndirici və sakitləşdirici effekt verir. Dəri və dərialtı piy qatında qan dövranı və limfadrenajı yaxşılaşdırır. Dəri hüceyrələrində mübadiləni sürətləndirərək elastin və kollagen sintezini artırır. Köhnə dəri hüceyrələrinin cavan hüceyrələrlə əvəz olunmasını təmin edərək dəriyə “anti-aging” effekt bəxş edir. Tük follikullarını stimulyasiya edir, saç tökülməsi əleyhinə effekt verir. Saçları haçalanma və qırılmadan qoruyur. Zədələnmiş saçları bərpa edir və uzanmasını sürətləndirir. Saç strukturunu normallaşdırır və onların təbii parıltısını qaytarır.

Əks göstəriş: fərdi həssaslıq.

İstifadə qaydası: Xaricə istifadə və massaj üçün tətbiq olunur. Az miqdarda yağ baş dərisinin, üzün və bədənin təmizlənmiş nahiyəsinə yüngül massaj hərəkətləri ilə yeridilir. Saç maskalarının və kosmetik vasitələrin tərkibinə əlavə edilə bilər.

Saxlanma şəraiti:

Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır. Məhsul təbiidir, çöküntü verə bilər.

Saxlanma müddəti: 2 il.

Buraxılış forması: flakonda 30 ml, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar