Məhsullarımız Yağlar Fitooil Ləkəli Alaqanqal Yağı
Yağın əldə edilmə üsulu: Soyuq presləmə.
Ləkəli alaqanqal yağının tərkibində linol (omeqa-6) polidoymamış yağ turşusu (63-64%), olein (omeqa-9) 20-22%, palmitin 7-8%, stearin 3-5%, araxin 1-2% turşuları, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Mg, K, Ca, Mn, Fe, Zn, Se, Cr, Cu və s.), flavoliqnanlar (silibin, silidianin, silikristin, neohidrokarpin), flavonoid kversetin var.
İstifadəsi:
Yağ gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Yağın minimal qəbul müddəti 1-2 aydır.
Müxtəlif sıyıq, salat, sousların və digər yeməklərin hazırlanmasında ləkəli alaqanqal toxumunun yağı termiki emala məruz qalmadan istifadə edilə bilər.
Kosmetik vasitə kimi istifadə edildikdə ləkəli alaqanqal toxumunun yağını zeytun, badam, ərik, şaftalı və üzüm çəyirdəyinin yağı ilə qarışdırmaq olar.
Saxlanma qaydası: Quru və qaranlıq yerdə, 25°C-dən yüksək olmayan temperaturda saxlanılmalıdır.
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
kimi faktorlar tədricən qaraciyərin piy distrofiyası adlanan xəstəliyə gətirib çıxarır. Əgər mübadilə prosesi ləngiyirsə, qanda toplanmış qlükoza lazımı miqdarda qaraciyər hüceyrələrinə daşına bilmir. Hepatositlərin (qaraciyər hüceyrələri) hüceyrə membranı aralanır və daxilinə yağ molekulları toplanır. Bu proses qaraciyər piylənməsi adlanır. Ləkəli alaqanqal tərkibi bir çox faydalı maddələrlə zəngin məşhur qaraciyərqoruyucu bitkidir. Silimarin qrupundan olan flavonoidlər sayəsində ləkəli alaqanqal qaraciyər toxumasının zədələnməsi, qaraciyərin piy distrofiyası zamanı məhv olmuş qaraciyər hüceyrələrini yeniləri ilə əvəz edir.
Bitkinin tərkibindəki essensial fosfolipidlər mübadilə pozğunluğu nəticəsində əmələ gələn zərərli maddələrlə birləşərək onları bədəndən xaric edir, hüceyrələrin membranını möhkəmləndirir. Ləkəli alaqanqal bitkisi tərkibindəki vitaminlər (D, E, B və s.) aminturşular sayəsində antioksidant effekt göstərərək orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, onkoloji xəstəliklərin əmələgəlmə riskini azaldır. Xlorofillə zəngin olduğu üçün orqanizm hüceyrələrini yeniləyir, cavanlaşdırıcı effekt verir. Faydaları saymaqla bitməyən ləkəli alaqanqal yağını həm profilaktik, həm də qaraciyərin piy distrofiyası zamanı istifadə edin, bu bitkinin yaratdığı möcüzələrə özünüz şahid olun!
Herba Flora ilə qalın!
Əlaqəli yazı mövcud deyil.