Məhsullar

Nevronat Şərbət

Tərkibi:
Dərman bədrənci (Melissa officinalis) yarpağının distillatı – 10 ml; Sünbüllü lavanda (Lavandula angustifolia) çiçəyinin distillatı – 10 ml; Ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 8 ml; Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 6 ml; Adi zirə (Carum carvi) meyvəsinin distillatı – 6 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:
MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur. Qəbul müddəti 1 aydır.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Yenidoğulmuşlarda sinir-reflektor oyanıqlıq, yuxu ritminin pozulması, affektiv-respirator sindrom, disbioz və digər səbəblərdən qarında sancılar zamanı Herba Flora şirkətinin Nevronat şərbəti yüksək təsir effektinə malikdir. Nevronat şərbəti bir sıra sakitləşdirici, trankvilizəedici, sedativ, spazmolitik və ağrıkəsici bitkilərin duru ekstraktlarından hazırlanmışdır. Şərbətin tərkibindəki pişikotu ekstraktı valerian turşusu hesabına sinir sisteminin mərkəzi bölmələrində reflektor oyanıqlığı azaldır. Baş beyinin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormozlanma proseslərini artırır.

Qıcolmaəleyhinə, ağrıkəsici, sedativ, trankvilizəedici təsir göstərir. Yuxu tsiklini pozmadan onu ritmini tənzimləyir. Damotu otunun tərkibindəki qindarin xlor ionlarının sinir hüceyrəsinə daxil olmasını sürətləndirərək tormozlanma prosesi artırır və sinir sisteminin xarici qıcıqlara qarşı reaksiyasını zəiflədir. Oleuropein və flavanoidlər isə spazmolitik təsir göstərir. Passiflora sakitləşdiricidir, spazmolitikdir, yuxunu tənzimləyir, qıcolmaəleyhinə effekt verir və reflekror oyanıqlığı azaldır.

Nevronat şərbətinin tərkibindəki zirə və razyana meyvələrinin distillatları spazmolitik effekt verir, bağırsağın mikroflorasının formalaşmasını tezləşdirir, bağırsaq sancılarını azaldır, həzm vəzlərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, qazların əmələ gəlməsinin qarşısını alır. Bağırsaqların peristaltikasını normallaşdıraraq qəbizliyi aradan qaldırır. Efir yağları yüngül sakitləşdirici təsir göstərir.

Yeniyetmə və erkənyaşlı uşaqlarda fiziki-zehni yorğunluq, yuxusuzluq, diqqətin yayınması, hiperaktivlikdiqqət defisiti, qorxu-həyəcan sindromuəsəbilik kimi problemlərdə də Nevronat şərbəti əvəzsiz effektə malikdir. Nevronat şərbəti sinir hüceyrələrinin oyanıqlığını azaldaraq sedativ təsir göstərir, stress və qıcıqlanmanın qarşısını alır, yuxuyagetməni yaxşılaşdırır, yuxunu dərinləşdirir. Həmçinin sinir gərginliyi fonunda meydana çıxan baş ağrıları, əzələ ağrıları, yuxusuzluq, narahatlıq və s. kimi nevrotik halların qarşısını alır. Nevrogen bağırsaq sancılarını, gəyirməni və meteorizmi aradan qaldırır.

Nevroz, stress, sinir-psixi gərginlik, yuxusuzluq, əsəbilik və narahatlıq, neyrosirkulyator distoniya (NSD) və xroniki yorğunluq sindromu kimi xəstəliklər zamanı da Herba Flora şirkətinin  Nevronat şərbətini tərəddüd etmədən daxilə qəbul edə bilərsiniz.

https://fizulihuseynov.com

Oxşar Məhsullar