Məhsullar

StomAngi̇nol Sprey

Stomanginolun  tərkibi:

  • Nanə cövhəri
  • Gülümbahar cövhəri
  • Adaçayı cövhəri
  • Qliserin
  • Təmizlənmiş su

İstifadəsinə göstərişlər:

  • Ağız boşluğunun gigiyenası
  • Stomatit, gingivit, parodontit
  • Angina, tonzillit, laringit, faringit
  • Diş ərpləri, diş daşları
  • Diş çəkildikdən sonra
  • Halitoz (ağızdan xoşagəlməz qoxu).

İstifadə qaydası:

  • Yerli antiseptik vasitə olaraq istifadə olunur. İstifadədən qabaq ağız boşluğu və boğaz ilıq su ilə yaxalanaraq qida qalıqlarından təmizlənməlidir.
  • Müalicə məqsədilə 12 yaşdan yuxarı və böyüklər gündə 4-5 dəfə, hər dəfə 2-4 püskürtmə, uşaqlara gündə 3-4 dəfə 1-2 püskürtmə yeməkdən sonra istifadə olunur. İstifadədən sonra 30 dəqiqə ərzində maye və qida qəbulu məsləhət görülmür. Müalicə müddəti 7-10 gündür.
  • Ağız boşluğunun gigiyenası və profilaktika məqsədilə gündə 2 dəfə, səhər və axşam 1-2 püskürtmə istifadə olunur.
Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Ağız boşluğunun stomatiti iltihab şəklində özünü büruzə verir. Bu xəstəliyə istər uşaqlar, istərsə də böyüklər arasında çox rast gəlinir. Əslində stomatit orqanizmin qıcıqlandırıcı faktorlara qarşı cavab reaksiyasıdır. Stomatitin yaranma səbəbləri immunitet zəifliyi, virus, bakteriya, ağız boşluğu travmaları, sanitar-gigiyena qaydalarına düzgün riayət etməməkdir. Böyüklər arasında tez-tez virus mənşəli stomatitə rastlanır ki, bu xəstəlik nəticəsində ağız boşluğunda çoxsaylı qovuqlar əmələ gəlir. Bu qovuqlar isə partlayıb xoralara qədər gətirib çıxarır.

Yaz fəsli ilə əlaqədar olaraq havaların qeyri-sabit keçməsi, əhali arasında KRX-ların yayılması, digər tərəfdən koronavirus pandemiyası insanlarda xəstəliyin psevdosimptomlarını hiss etməyə şərait yaradır. Məsələn, hətta sağlam insanlar belə özündə ilkin olaraq “sanki boğazım qıcıqlanır, qaşınır, göynəyir” deyə şikayət edirlər. Bütün bu sadaladığımız problemlər zamanı ilkin etapda xəstəliyin etiologiyası araşdırılmadan simptomatik olaraq istifadə edəcəyiniz preparat bitki tərkibli olsa, daha məqsədəuyğun olar. Belə vəziyyətlərdə seçim preparatı olaraq Stomanginol sprey ideal vasitədir.

Təsiri

Stomanginol sprey hamilə qadınlara, südverən analara, uşaqlara belə rahatlıqla təyin edə biləcəyiniz, kimyəvi konservantsız, bitki tərkibli bir vasitədir. Rəqiblərindən fərqli olaraq dad reseptorlarını keyitmir, dadbilmə hissiyyatını pozmur və uzunmüddətli istifadəyə yararlıdır. Stomanginol spreyi nəinki kimyəvi, hətta bitki tərkibli spreylərdən fərqli olaraq ağız suyunun pH-nı dəyişmir. Nəticə etibarilə giriş qapısı olan ağız boşluğunda bakteriya, virusların orqanimzə daxil olmasının qarşısını alır. Belə ki, Stomanginol spreyinin tərkibindəki gülümbahar çiçəyi fitonsidlərlə zəngin olduğu üçün ağız boşluğunun selikli qişasında iltihabi proses əmələ gətirən mikroorqanizmlərə bakterisid və antifunqal təsir göstərir. Həmçinin mikrosirkulyasiya və regenerasiyanı yaxşılaşdıraraq ağız boşluğundakı trofiki xora və yaraları sağaldır.

Antiseptik təsiri

Tərkibindəki adaçayı yarpağı efir yağı sineol ilə zəngin olduğu üçün antiseptik və iltihabəleyhinə təsir göstərir. Bitki antibiotiki salvin isə ağız boşluğunun selikli qişasında səthi eroziyalar əmələ gətirən stomatit virusunu məhv edir. Herba Flora şirkətinin Stomanginol spreyinin tərkibindəki istiotlu nanə yarpağı efir yağı mentol sayəsində ağız boşluğunda bütün növ patogen mikrofloraya təsir edir. Eyni zamanda spazmolitik, sakitləşdirici təsir göstərir, həm də ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır. Stomanginol spreyinin tərkibindəki adaçayı və istiotlu nanə yarpağındakı rozmarin turşusu isə spirtdə aktivləşərək ağız boşluğundakı mikrofloranı yaxşılaşdırır. Həmçinin iltihabəleyhinə və antioksidant təsir göstərir. Beləliklə, siz Herba Flora şirkətinin Stomanginol spreyini stomatoloji xəstəliklər (gingivit, stomatit, parodontit), boğaz xəstəlikləri (angina, tonzillit), diş ərpləri, diş daşları, halitoz (ağızdan xoşagəlməz qoxunun gəlməsi) zamanı qəbul edib tez bir zamanda vəziyyətdən çıxacaqsınız!

Stomanginoldan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanmalıdır. Bundan sonra vasitədən 1 xörək qaşığı (15 ml) götürüb gündə 3-5 dəfə ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə ərzində qarqara etmək lazımdır. Qarqaradan sonra 30 dəq. ərzində maye və ya qida qəbulu məsləhət görülmür. Stomanginol istifadə edin, boğaz ağrısına yox deyin!

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar