Məhsullarımız Məhlul və Pastillər Ri̇zi̇n
Dəniz duzu tərkibli burun spreyi
Tərkibi (30 ml):
Dəniz duzu (Sea salt) – 1,2 q; Sünbüllü lavanda (Lavandula angustifolia) çiçəyinin efir yağı – 0,015 q; Kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının efir yağı – 0,015 q; Sibir ağ şamı (Abies sibirica) yarpağının efir yağı – 0,015 q.
Köməkçi maddələr: Distillə suyu; Tvin 80 (E433); natrium benzoat (E211).
Məhsulun xüsusiyyətləri:
Burun boşluğunda ifraz olunan seliyi durulaşdırır, xaric olunmasını asanlaşdırır, şişkinliyi azaldır və burun tənəffüsünün bərpa olunmasına yardım edir.
İstifadəsinə göstəriş:
Rinit və allergiya zamanı burun tıxanıqlığını aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitə.
İstifadə qaydası və dozası:
1 yaşdan 3 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə
3 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
7 yaşdan 16 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
Böyüklərə: gündə 4-6 dəfə hər burun keçəcəyinə 2-3 püskürtmə
İstifadə müddəti bütün hallarda 2-4 həftə təşkil edir (həkimin təyinatına əsasən).
Bir aydan sonra kursun təkrarlanması məsləhət görülür.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Saxlanılması:
Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Buraxılış forması: Sprey başlıqlı 30 ml flakonda və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən Herba Flora şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.
Herba Flora şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Rizin, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.
Əlaqəli yazı mövcud deyil.