Məhsullarımız Məhlul və Pastillər Propomix
Pediatrik sprey
Tərkibi (30 ml): Vərəmumun (Propolis) duru ekstraktı – 6 ml; Kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının duru ekstraktı – 0,6 ml; Qırmızı Exinaseya (Echinacea purpurea) otunun duru ekstraktı – 0,6 ml; Dərman adaçayı (Salvia officinalis) yarpağının duru ekstraktı – 0,6 ml; Adi Kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 0,6 ml
Köməkçi maddələr: Pektin; Natrium benzoat; Saxarin; Distillə suyu.
İstifadəsinə göstərişlər:
Ağız boşluğu və boğaz xəstəliklərinin qarşısını almaq üçün köməkçi tibbi vasitə.
İstifadə qaydası:
1 yaşdan yuxarı uşaqlara istifadə olunur. Gündə 2-4 dəfə, hər dəfə 3 püskürtmə ağız boşluğuna və boğaza püskürdülür. İstifadədən sonra 30 dəqiqə ərzində qida qəbulu məsləhət görülmür. İstifadə müddəti 10 gündür.
Gözlərə püskürtməkdən çəkinmək lazımdır. Təsadüfən gözlərin selikli qişasına düşərsə bol su ilə yumaq lazımdır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Buraxılış forması: 30 ml sprey başlıqlı tünd rəngli şüşə flakonda və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı fərdi allergik reaksiya.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.
Yararlılıq müddəti: 3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.