Məhsullarımız Məhlul və Pastillər Nosaqua
Burun spreyi
Tərkibi (30 ml):
Dəniz duzu (Sea salt) – 1,2 q; vərəmumun (Propolis) 96%-li spirtli çıxarışı – 0,12 ml; kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının efir yağı – 0,015 q; sibir ağ şamı (Abies sibirica) yarpağının efir yağı – 0,015 q.
Köməkçi maddələr: Distillə suyu; Tvin 80 (E433); natrium benzoat (E211) .
Məhsulun xüsusiyyətləri:
Burun boşluğunda ifraz olunan seliyi durulaşdırır, xaric olunmasını asanlaşdırır, şişkinliyi azaldır və burun tənəffüsünün bərpa olunmasına yardım edir.
İstifadəsinə göstəriş:
Rinit, zökəm və allergiya zamanı burun tıxanıqlığını aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitə.
İstifadə qaydası və dozası:
1 yaşdan 3 yaşa qədər: Gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə
3 yaşdan 7 yaşa qədər: Gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
7 yaşdan 16 yaşa qədər: Gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
Böyüklərə: Gündə 4-6 dəfə hər burun keçəcəyinə 2-3 püskürtmə
İstifadə müddəti bütün hallarda 2-4 həftə təşkil edir (həkimin təyinatına əsasən).
Bir aydan sonra kursun təkrarlanması məsləhət görülür.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Saxlanılması:
Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Buraxılış forması: Sprey başlıqlı 30 ml flakonda və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.