Məhsullar

Müali̇cəvi̇ Xına – Fi̇toton No: 1 Rəngsi̇z Xına

Tərkibi:

  • Kassiya yarpağı – Antraqlikozidlər 1% (qlikoaloe-emodin, qlikorein va rein qlikozidləri), flavonoidlər – izoramnetin, kempferol, qətran maddələri. Baş dərisinə seboreya əleyhinə təsir göstərir. Saç dibindəki civzə və səpgiləri aradan götürür.
  • Xına yarpağı – Hennotanin turşusu, təbii rəngləndiricilər (alxanin, lavzon), selik, pektin maddələri, efirili maddələr. Saç tökülməsinin qarşısını alır, tük soğanağının dibini bərkidir. Saçın parlaqlığın artırır.
  • Gicitkən yarpağı – C vitamini 0,6%, karotinoidlər, K və B1 və B2 vitaminləri, qarışqa, pantoten turşuları, xlorofil 5%, aşı maddələr və s. Kəpək əleyhinə və keçəlliyin müalicəsində istifadə olunur. Saçların mineral və vitaminlərə olan tələbatını ödəyir. Saçın codluğunu götürür və saçları yumşaldır.
  • Dəvədabanı yarpağı – Selikli maddələr 8%, acı qlikozidlər, saponinlər, karotinoidlər, üzvi turşular, inulin və s. Göbələk əleyhinə təsir edir və saç follikulu hüceyrələrində oksidləşmə-reduksiya proseslərini sürətləndirir. Saçın pozulmuş strukturunu bərpa edir.
  • İstiotlu nanə yarpağı – Efir yağları, menton, mentol, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. Saçları yumşaldır, onlara parlaqlıq və xoş ətir verir. Kəpəyi təmizləyir, baş dərisini sakitləşdirir və təravətləndirir.
  • Aptek çobanyastığı çiçəyi – Efir yağı 0,5%, xamazulen, farnezen, bisabalol seskviterpenləri, mirsen, nonil və izovalerian turşuları, flavonoidlərdən apigenin, kosmosiin və s. Baş dərisinin qıcıqlanmasını azaldır, nəfəs almasını və qan dövranını yaxşılaşdırır.
  • At pıtrağı kökü – İnulin 45%, protein 12 %, aşı maddələri 4 %, fenol turşusu, stiqmasterin, kalium, kalsium və maqnezium duzları, ali yağ turşuları və s. Soğanağın qidalanmasını artırır, bununla da saçların qalınlaşmasına səbəb olur. Saç yatağını dərinləşdirir.

Təsiri:

  • Kimyəvi qatqısız, bioloji aktiv maddə və vitaminlərlə zəngin olan “Fitoton №1” rəngsiz xına saç üçün təbii vasitədir.
  • Saç tökülməsinin qarşısını alır, baş dərisinin qan dövranını yaxşılaşdırır, tük soğanağının dibini bərkidir, yatmış vəziyyətdə olan tük soğanaqlarını oyadır və tük cücərməsini bərpa edir.
  • Düzgün və mütəmadi istifadə zamanı seboreya əleyhinə təsir göstərir, qaşınmanı, allergiyanı, saç tipindən asılı olmayaraq (yağlı və quru) dəridə olan kəpəklənməni və qıcıqlanmanı aradan götürür. Fitoton №1 rəngsiz xına saçı qalınlaşdırmaqla bərabər onun yatağını da möhkəmləndirir və strukturunu bərpa edir.
  • Əgər saçlarınızın rəngi sizi qane edirsə, saçlara qulluq üçün ən yaxşı təsiredici vasitə Fitoton №1 rəngsiz xınadır.
  • Xınanın tərkibindəki müalicəvi bitkilər sayəsində baş dərisinin nəfəsalması, saçların havalanması yaxşılaşır, parlaqlığı artır, əhval-ruhiyyənin yaxşılaşması hiss olunur.
  • Həm kosmetik, həm də müalicəvi vasitə kimi Fitoton №1 rəngsiz xına əla təsir göstərir.
  • Baş dərisinin qan dövranını yaxşılaşdırdığı və rütubətini azaltdığı üçün miqren zamanı faydalıdır.
  • Üzdə və bədəndə olan səpgilərin (diatez), civzələrin müalicəsində istifadə etmək olar.
  • Dırnaqları və dırnaq yatağını bərkidir, əl və ayaqların göbələk xəstəliyini müalicə edir, çətin sağalan trofik yaraların, daban çatlarının müalicəsində istifadə olunur.
  • Effektiv nəticə almaq və nəticəni saxlamaq üçün prosedurlar mütəmadi təkrar olunmalıdır.
  • Xınadan istifadə etdikdən sonra 2-3 gün müddətində saçlarda kəpək ola bilər.
  • Fitoton №1 rəngsiz xınasından qadınlar, kişilər və uşaqlar istifadə edə bilərlər.

İstifadə qaydası:
5 gündən bir 50 qr (uzunluqdan asılı olaraq) Fitoton №1 rəngsiz xına qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 1-1,5 saatdan sonra bitki tərkibli şampun ilə yuyulur. Təmiz saçlarda istifadə edilməlidir. Mütəmadi istifadə oluna bilər.

Buraxılış forması:
Qutuda 3 ədəd 50 qramliq kip bağlanmış (vakuum) xına (1 aylıq norma).

Saxlanılması:
Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun. Dərman vasitəsi deyil.

Saxlanma müddəti: 18 ay

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar