HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Fitoton Yaşıl Gil

Fitoton yaşıl gil xüsusilə yağlı və sızanaqlı dəri üçün faydalıdır, artıq yağ və sebumu özünə hopdurur, məsamələri təmizləyir və yığır. Yüngül iltihab əleyhinə xüsu­siyyətlərə malikdir, qızartını azaldır, dərini sakitləşdirir və kiçik ya­ra iz­lərinin sağalmasını sürət­ləndirir. Ölü dəri hüceyrələrini yumşaq şəkildə təmizləyir və dərini hamarlaşdırır. Yaşıl gil dərinin qan dövranını stimullaşdırır, hücey­rələrin yenilənməsini sürətləndirir və dərinin ümumi tonusunu yaxşı­laşdırır. Dəridə toplanan zərərli maddələri və ağır metalları özünə çəkərək onu dərindən təmizləyir.

Reseptlər:

Yağlı dəri üçün maska: 1-2 xörək qaşığı yaşıl gil təmiz şüşə və ya keramik qaba yerləşdirilir, üzərinə ilıq su və ya bitki dəmləməsi (aptek çobanyastığı və ya gülümbahar çiçəyi) əlavə edilir, xəmir qatılığına qədər qarışdırılır. Üzü yumşaq təmizləyici ilə yuduqdan sonra maska göz və dodaq ətrafı istisna olmaqla üzə çəkilir, 10-15 dəqiqə saxlanılır. Maska tam qurumamalı və çatlar verməməlidir. Maska ilıq su ilə dairəvi hərəkətlərlə yuyulur və nəmləndirici krem çəkilir.

Nəmləndirici maska: 1 xörək qaşığı yaşıl gil 1 çay qaşığı qatıq və ya kefir, 1/2 çay qaşığı bal ilə qarışdırılır, göz və dodaq ətrafı istisna olmaqla üzə çəkilir. 10-15 dəqiqə saxlanılır, sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

Ağardıcı maska: 1 xörək qaşığı yaşıl gil 1 çay qaşığı limon suyu ilə qarışdırılır, üzərinə 1 çay qaşığı su əlavə edilir. Maska üzə çəkilir, 10-15 dəqiqə saxlanılır, sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

Qidalandırıcı maska: 1 xörək qaşığı yaşıl gil 1 çay qaşığı bitki yağı ilə (zeytun/badam) qarışdırılır, üzərinə su və ya süd əlavə edilir. Maska üzə çəkilir, 10-15 dəqiqə saxlanılır, sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

Əks göstəriş: Fərdi həssaslıq.
Qeyd: Həftədə 1-2 dəfə istifadə edilir. İlk istifadədən öncə allergiya testi aparın. Açıq yara və güclü iltihab zamanı istifadə olunmamalıdır.

Saxlanma şəraiti: Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: 150 q, karton qutuda.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar