Məhsullar

Fi̇toton №2 Qirmizi Xina

Xına rəngli saçlar üçün

Müalicəvi bitkilərdən hazırlanmış rəngləyici olmayan təbii xına.

Tərkibi: xına yarpağı, məkkəgülü çiçəyi, boyaqotu kökü, adaçayı yarpağı.

Xına yarpağı: hennotanin turşusu, təbii rəngləyicilər (alxanin, lavzon), selik, pektin maddələr, efirli maddələr.

Məkkəgülü çiçəyi: antosianlar (təbii rəngləyicilər), P vitamini, C vitamini, limon turşusu, minerallar və s.

Boyaqotu kökü: rubiadin qlikozidi, limon, alma və üzüm turşuları, qlikuronid flavonoidi.

Adaçayı yarpağı: aşı maddələri, efir yağları, təbii antiseptiklər və s.

Fitoton № 2 xına rənginin tərkibindəki dərman bitkiləri və onların birgə kombinasiyası saçların rəng tonunu tündləşdirməklə bərabər, onların soğanağını (follikulunu) bərkidir, tük özəyini qalınlaşdırır, tükün ömrünü uzadır, baş dərisini qidalandırır və dezinfeksiya edir, bakteriya və göbələklərin məhvinə səbəb olur. Baş dərisinin həssaslığını azaldır və kəpəyi aradan qaldırır.

İstifadə qaydası: 25-50 qr (saçların uzunluğundan asılı olaraq) Fitoton №2 xına rəngi qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 60-90 dəqiqə saxladıqdan sonra yuyulur.

Buraxılış forması: Qutuda 3 ədəd 50 qramlıq kip bağlanmış xına (1 aylıq norma).

Saxlanılması: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun.

Dərman vasitəsi deyil.

Saxlanma müddəti: 18 ау.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar