Məhsullarımız
Kosmetik Vasitələr və Şampunlar
Kosmetik Vasitələr
Fi̇tooi̇l Əl Kremi̇ Küncüt Yağı İlə
Küncüt yağı ilə zənginləşdirilmiş Fitooil əl kremi əllərin dərisinə və dırnaqlara qulluq üçün nəzərdə tutulub. Tərkibində olan küncüt yağı quru və kobudlaşmış dərini yumşaldır, nəmləndirir, tonuslandırır və elastikliyini artırır. Dərinin rəngini yaxşılaşdırır, iltihab əleyhinə və yarasağaldıcı təsiri sayəsində dəridə olan kiçik kəsik, sıyrıntı və çatların sağalmasını sürətləndirir. Küncüt yağında olan A və E vitaminləri dərini qidalandırır, qırışmasının və erkən yaşlanmasının qarşısını alır. Dəridən asanlıqla sorulur. Gündəlik istifadə üçün nəzərdə tutulub.
Əks göstəriş: Kremin tərkib hissələrinə qarşı fərdi həssaslıq.
Tərkib: Aqua, Cetearyl alcohol, Glycerin, Liquid paraffin, Cyclopentasiloxane, Glyceryl stearate, Ceteareth-20, Küncüt yağı, Dimethicone, PEG-7 Glyceryl Cocoate, Propylene glycol, Fragrance, D-Panthenol, Allantoin, Tocopheryl acetate, Phenoxyethanol, Caprylyl glycol.
Yararlılıq müddəti: 2 il.
Saxlanma şəraiti: +5 – 25°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlayın.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.