Məhsullar

Fitooil Əl Kremi Çobanyastığı Ekstraktı ilə

Fitooil çobanyastığı kremi əllərin dərisinə və dırnaqlara qulluq üçün nəzərdə tutulub. Dərini yumşaldır, nəmləndirir, bərpasını sürətləndirir, dəriyə zərif və sağlam görkəm verir. Çobanyastığı ekstraktı dəriyə antioksidant təsir edir və vaxtından əvvəl qırışmasının qarşısını alır. Dərini sakitləşdirir, iltihabi əlamətləri azaldır, kiçik yara və çatların sağalmasını sürətləndirir. Krem dırnaqları qoruyur, bərpa edir və möhkəmləndirir. Dəridən asanlıqla sorulur. Gündəlik istifadə üçün nəzərdə tutulub.

Əks göstəriş: Kremin tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Tərkib: Aqua, Cetearyl alcohol, Glycerin, Liquid paraffin, Cyclopentasiloxane, Glyceryl stearate, Ceteareth-20, Küncüt yağı, Çobanyastığı çiçəyinin ekstraktı, Dimethicone, PEG-7 Glyceryl Cocoate, Propylene glycol, Fragrance, D-Panthenol, Allantoin, Tocopheryl acetate,Phenoxyethanol, Caprylyl glycol.

Yararlılıq müddəti: 2 il.

Saxlanma şəraiti: +5 – 25°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlayın.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar