Sızanaq, civzə, müxtəlif mənşəli səpgilər və yeni əmələ gəlmiş piqment ləkələrinin qarşısını almaq üçün istifadə olunur.
Tərkibi: Aptek çobanyastığı cövhəri, gülüm¬bahar cövhəri, xiyar cövhəri, əməköməci cövhəri, salisil turşusu, etil spirti, distillə suyu.
İstifadəsinə göstəriş: Fitolosyon mütəmadi istifadə zamanı dərinin xarici təsirlərə qarşı dözümlüyünü artırır, iltihab əlamətlərini azaldır, qızartı və kəpəklənməni aradan qaldırır. Salisil turşusu dərinin pH-nı tənzimləyərək bakteriya və göbələklərin inkişafının qarşısını alır. Bitki ekstraktlarının antiseptik təsiri sayəsində dəridə mikrobların inkişafını ləngidir, civzə və sızanaqların əmələ gəlməsinin qarşısını alır. Həmçinin yaranmış sızanaqların iz buraxmadan sağalmasına yardım edir. Dərinin elastikliyini artırır və onu təravətləndirir.
İstifadəsi: Üz və bədən dərisində olan zədəli nahiyələr gündə iki dəfə pambıq tampona hopdurulmuş Fitolosyonla silinir.
Əks göstəriş: Fərdi həssaslıq zamanı və gözətrafı nahiyəyə istifadəsi məsləhət görülmür. Dəri Fitolosyonla işləndikdən sonra 1-2 saat müddətində günəşə çıxmaq tövsiyə olunmur.
Saxlanılması: Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Buraxılış forması: 150 ml.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Gigiyenik vasitədir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.