Məhsullarımız
Kosmetik Vasitələr və Şampunlar
Kosmetik Vasitələr
Fi̇toton Mavi̇ Gi̇l
Fitoton Mavi gil dərini yumşaldır, tonuslandırır, ağardır, sızanaq və səpgiləri aradan qaldırır, qırışları hamarlaşdırır.
Fitoton Mavi gildən hazırlanmış kosmetik maska problemli nahiyəyə çəkildikdə mimiki qırışların açılmasına, səpgi və piqment ləkələrin solmasına kömək edir, eləcə də cavanlaşdırıcı effekt verir, dərini möhkəm və elastik edir. Mavi gil həm quru, həm də yağlı dərilərdə istifadə oluna bilər.
Fitoton Mavi gil mütəmadi istifadə üçün nəzərdə tutulmuş, sızanaqlardan xilas olmaq və üz dərisinin rəngini yaxşılaşdırmaq üçün effektiv kosmetik vasitədir.
Reseptlər:
Sızanaqlar üçün maska: 2 xörək qaşığı mavi gil xama şəklində kütlə alınana kimi mineral su və ya yaşıl çay dəmləməsi ilə qarışdırılır. Alınan kütləyə 1 çay qaşığı limon şirəsi əlavə edilir. Maska qalın təbəqə şəklində gözətrafı nahiyə xaric olmaqla üzə çəkilir. Üzdə 15 dəqiqə qaldıqdan sonra maska nəm pambıq ilə silinir, sonra üz ilıq su ilə yuyulur.
Normal dəri üçün təmizləyici maska: 20-25 qr gil tozu südlə xamayabənzər kütlə alınana kimi qarışdırılır. Bu tərkib saxsı və ya şüşə qabda hazırlanmalı və taxta qaşıqla qarışdırılmalıdır. Sonra alınmış maska nazik təbəqə şəklində fırça və ya pambıqla üzə çəkilir. Maska üzdə 15-30 dəqiqə qaldıqdan sonra nəm pambıqla silinib ilıq su ilə yuyulur və qidalandırıcı krem çəkilir. Həssas dərilərdə maskanın üzdə qalma müddətini azaltmaq olar.
Ağardıcı maska: Yulaf kəpəyi 1/2 çay qaşığı bal ilə qarışdırılıb üzərinə mavi gil və 4 damcı limon şirəsi əlavə edilir. Alınmış kütlə su hamamında dəmlənilir. Maska isti şəkildə üzə çəkilir, dəsmalla örtülür, 15 dəqiqə saxlanıb daha sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.
Qidalandırıcı maska: Yumşaq pomidor əzilir və üzərinə xama şəklində kütlə alınana qədər mavi gil əlavə olunur. Maska üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.
Saç üçün bərpaedici maska: 1 çay qaşığı kərə yağı, 1 yumurtanın sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsi ya sirkə və 1 çay qaşığı mavi gil qarışdırılır. Alınan maska saçların dibinə çəkilir, 15-30 dəqiqə saxlanılır, sonra isə şampun və balzam vasitəsilə yuyulur.
Stress əleyhinə gil vannası: İsti suya 100-200 qr gil əlavə etməklə vanna hazırlanaraq 15- 20 dəqiqə ərzində qəbul olunur.
Qeyd: üz və saç üçün tətbiq olunan maskalar həftədə 2 dəfə istifadə olunmalıdır. Ay ərzində 6-8 dəfə istifadədən sonra 1 həftə fasilə verilməlidir.
Vanna prosedurları isə ayda 2 dəfə tətbiq olunmalıdır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.