HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Bioderil Krem

Bioderil
Dəri və dırnaq göbələyi üçün krem

Tərkibi:
Aqua, Lanolin, Propylene glycol, Cetearyl alcohol, Ceteareth-20, Glyceryl monostearate, Ketoconazole, Citric acid, Tocopheryl acetate, Carboxymethyl cellulose, Sodium hydroxide, Fragrance, Phenoxyethanol, Caprylyl glycol, Tetrasodium EDTA.

İstifadəsinə göstəriş:
Dəri və dırnaqların müxtəlif mənşəli göbələklərlə zədələnməsi zamanı qızartı və şişkinliyi azaltmaq, qaşınmanı və qıcıqlanmanı aradan qaldırmaq üçün tövsiyə olunan gigiyenik vasitə.

Əks göstərişlər:
Kremin tərkibində olan komponentlərə qarşı yüksək fərdi həssaslıq.

İstifadə qaydası:
Dərinin göbələk zədələnmə­lərində gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir. Dırnaq göbələyi zamanı gündə 2 dəfə həm sağlam, həm də zədəli dırnaqlara çəkilir. Krem­dən istifadə etməzdən əvvəl ayaqlara vanna etmək və qalınlaşmış dırnaq hissələrini kəsmək tövsiyə olunur.

Saxlanma şəraiti:
15-25°C temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlan­malıdır.
Buraxılış forması: 30 ml tyubik.
Saxlanma müddəti: 2 il.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Gigiyenik vasitədir.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar