Məhsullarımız Kosmetik Vasitələr və Şampunlar Fitoton Naftalan Qətransız Şampun
Aktiv komponentlər:
Fitoton Naflalan şampunu tərkibində olan təbii qətransız Naftalan yağı sayəsində baş dərisinin iltihabını aradan qaldırır, qıcıqlanma və qaşınma əlamətlərini azaldır, damarları genişləndirərək baş dərisinin qan dövranını və trofikasını yaxşılaşdırır, saç tökülməsini azaldır. Naften karbohidrogenləri dəridə regenerasiya və epitelizasiya proseslərini normallaşdıraraq keratozun və kəpəklənmənin qarşısını alır. Antibakterial təsiri sayəsində dəridə mikroorqanizmlərin inkişafını ləngidir, baş dərisində piy vəzilərinin işini tənzimləyir,
saç diblərində yağlanmanın qarşısını alır.
İstifadə qaydası:
Nəm saçlara çəkilir və 5 dəqiqə ərzində saçlara masaj edilir. İlıq su ilə durulanır. Saçlara qulluq üçün mütəmadi istifadə oluna bilər.
Yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur.
Bütün saç növləri üçün.
Əks göstərişlər:
Komponent tərkibinə qarşı yüksək həssaslıq.
Tərkibi:
Aqua, Sodium laureth sulfate, Naphtalan oil (yellow), Polysorbate 80, Cocamidopropyl betain, Cocamide DEA, Glycerin, Sodium chloride, PEG-150 Pentaerythrityl Tetrastearate, PPG-2 Hydroxyethyl Cocamide, DMDM hydantoin, Citric acid, Tetrasodium EDTA.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.