Məhsullarımız
Bitkilər
Zəfəranabənzər Levzeya Kökü
Tərkibi:
Ekdisten steroidi, efir yağları, alkaloidlər, inulin, fosfat turşusunun duzları, aşı maddələri və qətranlar, C vitamini, retinol və s.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 3 həftədir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Zəfəranabənzər levzeya əsasən Sibirdə, Altay dağlarında və Orta Asiyanın bəzi bölgələrində yayılıb. O soyuq və mülayim iqlim şəraitinə uyğunlaşmış çoxillik ot bitkisidir. Bitkinin qara rəngli çox böyük müalicəvi əhəmiyyətli kökləri və kökümsovu vardır.
Levzeya kökü efir yağları, aşı maddələri, alkaloidlər, karotin, askorbin turşusu, antosian qlikozidlər, inulin, retinol, mineral duzlar, dəmir və alüminiumla zəngindir. Bitkinin kökündən hazırlanmış preparatlar orqanizmə tonuslandırıcı, qıcıqlandırıcı, ümumi möhkəmləndirici, stimullaşdırıcı təsir göstərir. Zəfəranabənzər levzeya bədənin infeksiyalara qarşı müqavimətini artırır, taninlər hesabına antibakterial və iltihab əleyhinə effekt verir. Levzeya maddələr mübadiləsini sürətləndirir, zülalların sintezini artırır. Bütün orqan və toxumaları qidalı maddələrlə təmin edir. Əqli və fiziki iş qabiliyyətini yüksəldir.
Levzeya kökü ekdisten steroidi hesabına adaptogen və əhvali-ruhiyyəni yaxşılaşdırıcı effekt verir. Əzələ kütləsinin artmasını təmin edir. Flavonoidlər sayəsində antioksidant təsir göstərir. Hüceyrə membranlarını möhkəmləndirir, sərbəst radikalların onları dağıtmasının qarşısını alır. Beyin toxumasının fəaliyyətini artırır. Sinir hüceyrələrinin qidalanmasını yaxşılaşdırır. Yaddaşı və diqqəti, koqnitiv funksiyaları gücləndirir. Düşünmə qabiliyyətini artırır və informasiyanı tez mənimsəməyə kömək edir. Zehni tükənməni azaldır, konsentrasiyanı uzun müddət saxlamağa yardımçı olur. Xroniki yorğunluq, baş ağrısı, yuxusuzluq, iştahasızlıq zamanı effektlidir.
Orqanizmdə ümumi zəifliyi aradan qaldırır. Vegetativ-damar distoniyası zamanı xəstənin tez bir zamanda yaxşılaşmasını təmin edir. Ürəyin eninəzolaqlı əzələsinin yığılmasını təmin edərək orqanın işini yaxşılaşdırır. Periferik qan damarlarını genişləndirir, qan axınını sürətləndirir. Bütün orqanlar sisteminin tez bir zamanda oksigenlə təmin olunmasını yaxşılaşdırır. Hipotonik insanlarda arterial təzyiqi yüksəldir. Dəmir və askorbin turşusu ilə zəngin olub qanda hemoqlobin və eritrositlərin miqdarını artırır. Zəfəranabənzər levzeya kökü qaraciyəri toksinlərdən təmizləyir, detoks effekti verərək arıqlamağa kömək edir. Bundan başqa bu bitkinin kökü qanda xolesterinin miqdarını aşağı salır və aterosklesroz əleyhinə effekt verir. Xolesterinin damarların iç intima qatında toplaşaraq lövhəciklər şəklində çökməsinin qarşısını alır.
Zəfəranabənzər levzeya kökü cinsiyyət vəzilərinin sekrasiyasını yaxşılaşdırır, həmçinin xəstələrdə normal potensiyanın bərpasını təmin edir. Libidonun və cinsi funksiyanın artmasına kömək edir. Xüsusilə kişilərdə testosteron səviyyəsini normallaşdıraraq cinsi qabiliyyəti artırır. Spermanın keyfiyyətini yaxşılaşdırır. Hüceyrə mitoxondrisində adenozintrifosfat turşusunun miqdarını artırır, qaraciyər, skelet əzələləri və ürəkdə qlikogen toplanmasını sürətləndirir. Zəfəranabənzər levzeya kökü alimlər və tədqiqatçılar, şagirdlər, tələbələr, peşəkar idmançılar, bodibildinqlə məşğul olanlar və ağır fiziki iş görənlər üçün xüsusilə faydalıdır.
Əlaqəli yazı mövcud deyil.