HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Qaragi̇lə Yarpağı

Tərkib:
Qaragilə yarpaqlarının tərkibi kondensə olunmuş aşı maddələri (qallokatexin, epikatexin, epiqallokatexin) (7-20%), neomirtillin və mirtillin qlikozidləri, 14-dən çox antosiyan və onların törəmələri (delfinidin, peonidin, malvidin), flavonoidlər (rutin, hiperin, hiperozid, kversetin, avikulyarin, kempferol), fenol birləşmələri (arbutin, metilarbutin), triterpen saponinlər (ursul və olean turşuları), alifatik karbohidrogenlər ilə zəngindir.

İstifadəsi:
İki xorək qaşığı xırdalanmış xammalın üzərinə 400 ml (2 stəkan) qaynar su tökülür, qaynama dərəcəsinə çatdırılır (qaynatmamalı), sonra 2-3 saat isti yerdə dəmlənir, süzülür. Gündə 3-4 dəfə hər dəfə 1/4 stəkan daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Qaragilə həm meyvəsi, həm də yarpaqları ilə tanınan dərman və qida bitkisidir. Tərkibi orqanizm üçün faydalı maddələrlə zəngindir. Qaragilə alçaqboylu kol bitkisi olub açıq yaşıl rəngli yarpaqlara malikdir. Bitkinin yarpaqları xalq təbabətində qədimdən bəri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Avropa, Asiya, Şimali Amerikanın iynəyarpaqlı və enliyarpaqlı meşələrində, torf bataqlıqlarında geniş yayılıb.

Qaragilə yarpağının tərkibi və faydaları

Qaragilə yarpaqlarının tərkibi A, C, E, B qrupu vitaminləri, flavonoidlər (kversetin, mirsetin, kempferol), taninlər, antosianlar, kalium, kalsium, maqnezium, dəmir kimi makro- və mikroelementlərlə zəngindir. Qaragilə yarpaqları təbii vitamin və mineral deposu olduğu üçün hər şeydən əvvəl immuniteti gücləndirir, orqanizmi möhkəmləndirir. Askorbin turşusu, dəmir, B qrupu vitaminləri sayəsində immun sistemini gücləndirməklə yanaşı, həmçinin qanyaranmada da iştirak edir.

Qaragilə yarpaqlarının vitamin C, flavonoidlər və taninlərlə zəngin tərkibi konyuktivitlər zamanı çox effektlidir. Görmə itiliyini artırır və gecəgörməni yaxşılaşdırır. Bir çox tədqiqatlar nəticəsində qaragilə yarpaqlarının göz xəstəliklərində, hətta gözün torlu qişasının qopması zamanı xüsusi faydasının olduğu təsdiqlənib. Qaragilə yarpaqları gözlərdə qan dövranını yaxşılaşdırır, xırda kapilyarları möhkəmləndirir, diabetik retinopatiyanın qarşısını alır. B qrupu vitaminləri hesabına sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Xalq təbabətində qaragilə yarpaqları müxtəlif mənşəli xroniki ishallar, mədə-bağırsaq problemləri, ağız boşluğunun iltihabi xəstəlikləri, hətta angina, faringit, xroniki revmatizm zamanı istifadə olunur. İshal əleyhinə güclü təsiri tərkibindəki taninlərlə əlaqədardır. Mədə və bağırsaq spazmları zamanı da effektlidir.

Şəkərli diabetlə mübarizədə qaragilə

Qaragilə yarpaqlarının tərkibindəki mirtillin maddəsi şəkərli diabet xəstələrində insulinəbənzər təsir göstərərək qandakı qlükozanın toxumalar tərəfindən mənimsənilməsini asanlaşdırır. Qanda şəkər səviyyəsini tənzimləyən flavonoid və arbutinlə zəngin olduğu üçün şəkərli diabetin (xüsusilə 2-ci tip) təbii müalicəsində istifadə olunur. Qanda şəkər səviyyəsini aşağı salır, eyni zamanda hüceyrələrin insulinə həssaslığını artırır. Qaragilə yarpaqları şəkərli diabetdən əziyyət çəkən xəstələrdə damar divarını möhkəmləndirir, damar keçiriciliyini azaldır. Bu da arterial hipertoniya, ateroskleroz, şəkərli diabet kimi xəstəliklərlə yanaşı insanlarda gələcəkdə ürək-damar xəstəliklərinin inkişafı, infarkt, insult riskini azaldır.

Maqneziumla zəngin olduğu üçün ürəyin normal fəaliyyətini təmin edir. Yarpaqlardakı antioksidant maddələr sərbəst radikalları neytrallaşdırır. Beləliklə hüceyrələri dağılmadan qoruyur, qocalma prosesini ləngidir. Arbutin maddəsi sidik yollarına antibakterial təsir göstərir. Bu səbəbdən qaragilə yarpağı infeksiyaların profilaktikası və müalicəsində təbii vasitə kimi işlədilir. Xaricə istifadə zamanı qaragilə yarpağının dəmləməsi dəri iltihabları, ekzema, səpgilər və xırda yaralar üçün faydalıdır. Qaragilə yarpaqları həm daxilə, həm də xaricə tətbiq edilərək bir çox xəstəliklərin profilaktika və müalicəsində effektlidir!

  • Qaragilə bitkisinin yarpaq və zoğları “Herba Flora” şirkətinin istehsal etdiyi Uralitin, Mirfazin çaylarının tərkibini öz müalicəvi keyfiyyətləri ilə zənginləşdirir. Bundan başqa şirkət qaragilənin meyvələrini və yarpaqlarını ayrılıqda da istehsal edir.

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar