HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Dəvədabanı Yarpağı

Tərkib:
Dəvədabanı yarpağı selikli mad­dələr, saponinlər, inulin, acı qlikozid tussilagin, aşı maddələr, askorbin turşusu, karotinoidlər (5%-ə qədər), qall, alma və çaxır turşuları, sitosterol, dekstrinlər, efir yağı və flavonoidlərlə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 2-3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 1 saat əvvəl daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Dəvədabanının xüsusiyyətləri

Dəvədabanı xalq təbabətində əsrlərdir öz faydaları ilə məşhur olan bitkidir. O çoxillik ot bitkisi olub hündürlüyü 10-30 sm-dir. Yazın əvvəlində bitkinin sarı rəngli çiçəkləri, sonra isə böyük ürək formalı yarpaqları yaranır. Maraqlı olan odur ki, yarpaqları çiçəklərdən sonra çıxır. Bu, bitkinin xarakterik xüsusiyyətidir.

Demək olar ki, bütün Avropa boyunca, Rusiya, Qafqaz, Türkiyə və İranda geniş yayılıb. Dəvədabanı Azərbaycanda dağətəyi və dağlıq bölgələrdə, rütubətli yerlərdə, çay kənarlarında, yol ətraflarında, çökəkliklərdə bitir.

Dəvədabanı yarpağının tərkibi

Dəvədabanı yarpağı tərkibinin zənginliyinə görə müalicəvi cəhətdən çox əhəmiyyətlidir. Onun tərkibində selikli maddələr (mukopolisaxaridlər), izokversetin, rutin kimi selikli maddələr, taninlər, alkaloidlər, həmçinin alma və tartar turşuları, karotinoidlər, vitamin C, inulin də daxil olmaqla müxtəlif bioloji aktiv maddələr vardır. Dəvədabanı yarpağı orqanizmə bəlğəmgətirici, öskürək əleyhinə, iltihab əleyhinə, mikrob əleyhinə, yarasağaldıcı, immunitet gücləndirici effekt verir. Səs batması, boğaz ağrısı, faringit, laringit, bronxial astma zamanı çox faydalıdır.

Dəvədabanı yarpağının tənəffüs yolu xəstəliklərinə təsiri

Britaniya alimlərinin apardığı araşdırmalara əsasən sübut olunub ki, selikli maddələr boğazın selikli qişasını bürüdüyü üçün qıcıqlanmanı azaldır, rahatlaşdırıcı təsir göstərir. Bir çox respirator xəstəliklər, kəskin və xroniki bronxit, ağciyər sətəlcəmi zamanı bronxlarda sekresiyanı artıraraq qatı, yapışqan bəlğəmi durulaşdırır. Kirpikli epiteli ehtizaza gətirərək durulaşmış bəlğəmin yuxarı tənəffüs yollarına və ağız boşluğuna doğru qovulmasını rahatlaşdırır. Beləliklə, tənəffüs yollarına mukosekretik, mukolitik və mukokinetik təsir göstərir. Dəvədabanı yarpağı quru öskürəkdə də faydalıdır.

Rusiyada aparılan kiliniki tədqiqatlarda isə məlum olub ki, Tussilago farfara (dəvədabanı) tənəffüs yolu xəstəliklərinin bəlğəmli və iltihablı mərhələsində daha effektivdir. Heç təsadüfi deyil ki, bitkinin latınca adında olan “tussis” ifadəsinin mənası “öskürəyi aparan” deməkdir.

Dəvədabanı yarpağınını mədə-bağırsağa faydası

Dəvədabanı yarpağı mədə-bağırsaq sisteminə də müsbət təsir göstərir. Tərkibindəki kimyəvi aktiv komponentlər həzm orqanlarına stimullaşdırıcı, qoruyucu və tənzimləyici təsir göstərir. Tərkibindəki mukopolisaxaridlər həzm traktında selikli qişa üzərində mühafizə qatı yaradır. Bu maddələr mədə və bağırsağın selikli qişasını örtərək qıcıqlanmanı azaldır, turşunun təsirini zəiflədir, ağrını yüngülləşdirir.

Bəzi araşdırmalara görə dəvədabanı yarpağının tərkibindəki taninlər və flavonoidlər bağırsaq infeksiyalarına qarşı da yumşaq təsir göstərə bilər. İshal, disbakterioz, bağırsaq qıcıqlanması zamanı faydalıdır. Dəvədabanı yarpağı müəyyən dərəcədə spazmolitik təsirə malikdir. Mədə və bağırsaq spazmlarını, köpü, yüngül kolikləri azaldır. İştahanı artırır, həzm fermentlərinin ifrazını az da olsa stimullaşdırır.

  • “Herba Flora” şirkəti dəvədabanı yarpağı ilə zənginləşdirilmiş bəlğəmgətirici xüsusiyyətli Teabronx çayı istehsal edir. Dəvədabanı yarpaqları həmçinin ayrıca bitki şəklində də istehsal olunur.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar