Məhsullar

Çia Toxumu

Tərkib:
Çia toxumlarında çox miqdarda yağlar (30-33%), polidoymamış yağ turşuları (Omeqa-3, Omeqa-6), karbohidratlar (26-41%), bitki lifi (18-30%), zülallar (15% -25%), vitaminlər (A, B qrupu, K, E, D), minerallar (kalsium, fosfor, kalium, maqnezium), antioksidantlar var.

İstifadəsi:
1 çay qaşığı toxum 200 ml (1 stəkan) ilıq su və ya südə əlavə olunur, 45 dəqiqə saxlanır. Gündə 2-3 dəfə, hər dəfə 1 stəkan yeməkdən əvvəl qəbul olunur. 2-3 ay ərzində qəbul olunduqdan sonra fasilə verilir. İl ərzində 2-3 dəfə qəbul oluna bilər.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Çia toxumları orqanizm üçün çox faydalıdır. Kiçik ölçülü olmasına baxmayaraq, tərkibi antioksidantlarla, omeqa-3 yağ turşuları, lif, dəmir kalsium, fosfor, maqnezium, manqan, mis, sink, niasin kimi vacib minerallarla və digər bioloji aktiv komponentlərlə zəngindir. Bu bitki veqan və vegetarianların qidasının əsasını təşkil edir.

  • Tarixi İstifadəsi

Çia toxumları hələ 500 il bundan əvvəl sağlamlıq və gözəllik mənbəyi kimi tanınırdı. Belə ki, qarğıdalı və paxlalılarla birgə çia toxumlarından müxtəlif içkilər hazırlayır, həmçinin bitkinin toxumlarını un kimi əzib dərman preparatlarının içinə əlavə edirdilər. Mərkəzi Meksikada eramızdan əvvəl 1500- 900-cü illərdə çia toxumları valyuta kimi istifadə olunurdu. Məsələn, 1 qul 100 çia toxumu ilə qiymətləndirilirdi. Döyüş və müharibələr, ov zamanı əsgərlər bu bitki ilə qidalanaraq aclıq və bədənin susuzlaşması ilə mübarizə aparırdılar.

İllər keçdikdən sonra xüsusi proqram əsasında Meksikanın dağ rayonları və Qvatemalada bu möcüzəvi bitkinin axtarışlarına başlandı. 1991-ci ildən başlayaraq toxumların tədqiqat və yetişdirilməsi üzrə seleksiya işlərinə başlandı. Seleksionerlər bitkinin toxumlarını ağ və qara sortlara ayırmağa başladılar. Ağ çia toxumları daha çox üstünlük təşkil edirdi. Bundan başqa müəyyən olundu ki, ağ toxumlar qara ilə müqayisədə daha çox qidalı maddələrlə zəngindir. Bitkinin botanik adı Çia-Salvia və latınca ağ rəng “ alba” olduğu üçün salba adı ilə Kolumbiya, Peru kimi ölkələrdə geniş miqyasda yetişdirilməyə başlandı. Bu bitkinin yalnız salba növü üzərində kliniki tədqiqatlar aparılmışdır.

Çia toxumunun təsirləri nələrdir?

Çia toxumları( salvia hispanica) dietik və ekoloji təmiz qida kimi son illərdə insanların qida rasionunun əsasını təşkil edir. Yüksək miqdarda zülal, omeqa-3 yağ turşuları və zəngin mineral tərkibi hesabına orqanizmdə uzun müddət toxluq hissi yaradır. Tərkibi liflərlə zəngin olduğu üçün həzmi ləngidir. Bağırsaqlarda prebiotik kimi təsir edərək probiotiklərin inkişafına şərait yaradır. Kalsiumla zəngin olduğu üçün sümük sağlamlığında da böyük əhəmiyyətə malikdir.

Çia toxumları həm də yağ turşuları hesabına xolesterin mübadiləsini yaxşılaşdırır, əzələ yağını yandırır, piy toxumasını parçalayır, qanda şəkəri sabit saxlayır. Xolesterinin HDl fraksiyasını yüksəldərək “pis” xolesterinin miqdarını azaldır. Özünəməxsus xüsusiyyəti öz çəkisindən 10 qat artıq su udmasıdır. Bu da orqanizmi susuzlaşmadan qoruyur. Sinklə zəngin olduğu üçün virusların RNT-sini qırır, orqanizmin müqavimətini artırır. Bitkinin toxumları təbii antioksidantlarla zəngin olduğu üçün orqanizmi yaşlanmadan və xərçəngdən qoruyur.

https://herba-flora.com/diger/cia-toxumu/

https://fizulihuseynov.com/

 

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar