Məhsullarımız
Bitkilər
Toxum
Balqabaq Toxumu
Tərkibi:
Balqabaq toxumlarının tərkibi vitaminlər (A, B qrupu, C, K, D, E), minerallar (kalsium, selen, sink, maqnezium, mis, kalium, dəmir, manqan və fosfor), amin turşuları (qlutamin, linolen və arginin), həmçinin yağ turşuları ilə zəngindir.
İstifadəsi:
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Balqabaq toxumu həm qida, həm də sağlamlıq baxımından çox faydalı məhsuldur. Tərkibində E, K, C, B qrup vitaminləri, sink, maqnezium, selen, dəmir, fosfor, kalsium, kalium, mis, manqan mineralları, yüksək miqdarda bitki mənşəli protein, həzm sistemində faydalı olan pəhriz lifləri, sağlam yağlar və antioksidantlar var.
Xalq təbabətində balqabaq toxumları qurd invaziyaları ilə mübarizədə geniş istifadə olunur. Tərkibində olan kukurbutin maddəsi bizquyruqların sinir sisteminə iflicedici təsir göstərir, onların məhvinə gətirib çıxarır. Sink və antioksidantlar sayəsində immuniteti gücləndirir, orqanizmi infeksiyalardan qoruyur. Belə ki, sink müxtəlif virus və bakteriyalara qarşı aktiv təbii antibakterial vasitə hesab olunur.
Toxumlarda sinkin yüksək miqdarı istənilən yaş dövründə sümüklərin vəziyyətini yaxşılaşdırır. Balqabaq toxumları maqneziumla zəngin olduğu üçün əzələ və sinir sisteminin işini yaxşılaşdırır, stresi azaldır. Triptofan, L-arginin kimi bir çox amin turşuları orqanizmdə yuxuya nəzarət edən seratonin və melatonin hormonlarının ifrazına kömək edir. Yuxunun keyfiyyətini yaxşılaşdırır, yuxusuzluqla aktiv mübarizə aparır. Dəmir ehtiva etdiyi üçün xroniki yorğunluğu aradan qaldırır.
Tərkibindəki Omeqa-3 və maqnezium qan təzyiqini tənzimləyir və xolesterolu azaldır. Uzun müddət və mütəmadi olaraq balqabaq toxumlarının istifadəsi qanda “zərərli” xolesterinin miqdarının azalmasına, “faydalı” xolesterinin artmasına gətirib çıxarır. Bu da qan damarlarının divarının zədələnməsinin qarşısını alır, gələcəkdə aterosklerozun, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Yüksək lif tərkibi bağırsaqların hərəkətini tənzimləyir. Təbii işlədici hesab edilir, sanki fırça kimi bağırsaqları təmizləyərək köp, meteorizm və qəbizliyin qarşısını alır. Bundan başqa uzun müddət balqabaq toxumlarından istifadə dəniz xəstəliyi, toksikozla əlaqədar yaranan öyümə və ürəkbulanma simptomlarını azaldır.
Balqabaq toxumları özündə qan şəkərinin səviyyəsini tənzimləyən maddələr ehtiva edir. Gündəlik qida rasionuna balqabaq toxumlarını daxil etdikdə A vitamini gözün torlu qişasında görmə piqmenti hesab edilən rodopsinin əmələ gəlməsini sürətləndirir, gecə saatlarında görməni yaxşılaşdırır. Maqnezium, kalium, dəmir, kalsium və liflər görmə orqanının fəaliyyətini yaxşılaşdırır, torlu qişanı qoruyur, kataraktanın inkişafının qarşısını alır.
Bundan əlavə balqabaq toxumu kişilər üçün prostat vəzin sağlamlığını qorumağa kömək edir. Toxumlarda olan L-arginin endogen testesteronun sintezinə kömək edir, spermanın keyfiyyətini yaxşılaşdırır, kişı cinsi hüceyrələrin hərəkətliliyini və yaşama müddətini artırır. Selen isə toksinlərin və ağır metal duzlarının orqanizmdən xaric olunmasına kömək edir. Böyrək və sidik-ifrazat sistemi xəstəliklərinin profilaktikasında bərabər nisbətdə balqabaq və çətənə toxumlarının qarışığının gündəlik qəbulu çox faydalı hesab olunur. Balqabaq toxumları mükəmməl təbii antioksidant mənbəyi hesab olunur. Bu komponentlər maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır. Vitamin E və sink dərini yeniləyir, saç tökülməsini azaldır.
Əlaqəli yazı mövcud deyil.