Məhsullar

Mayaotu Qozasi (mayasarmaşığı Qozası)

İstifadəsinə göstəriş: İltihab əleyhinə, ağrıkəsici, bakterisid, antiallergik vasitə kimi iltihabi əlamətlər, allergik səpgilər, qaşınma və s. ilə müşayiət olunan dəri xəstəliklərində istifadə olunur. Xüsusilə allergik və peşə dermatitlərində, xroniki xoralarda və dərinin distrofik proseslərində daha effektlidir. Bundan başqa qozaların dəmləməsi saçların kökünü bərkitmək, kəpəyi təmizləmək, sızanaqları və xeyliti müalicə etmək üçün tətbiq olunur. Eləcə də sakitləşdirici və zəif yuxugətirici vasitə kimi yüksək sinir oyanıqlığında, yuxu pozğunluğunda, vegetativ-damar distoniyasında, klimakterik sindromda və s. təyin olunur. Mayasarmaşığı qozasını qastritlərdə, qastroenteritlərdə, qaraciyərin və öd kisəsinin xəstəliklərində həzmi yaxşılaşdırmaq və iştahanı artırmaq üçün istifadə etmək olar.

İstifadə qaydası: Bir xorək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Xaricə istifadə üçün sarğı dəmləmədə isladılır.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Oxşar Məhsullar