Məhsullarımız
Bitkilər
Ot
Dəni̇z kələmi̇ otu (Laminariya)
Tərkibi:
Laminariyanın tərkibi yodidlər və üzvi yod birləşmələri şəklində yod (2,7-3,0%), yüksək molekulyar ağırlıqlı polisaxaridlər (laminarin (21%-ə qədər), mannitol (21%-ə qədər), algin), algin turşusu, askorbin turşusu, B1, B2 , B12, D vitaminləri, makro- və mikroelementlərlə (K, Ca, Fe, Na, Li, Mg, Mn, Cu, Zn) zəngindir.
İstifadəsi:
1/2 – 1 çay qaşığı dəniz kələmi tozu səhər 11:00-a qədər və ya gecə yatmazdan əvvəl su ilə daxilə qəbul edilir. Qəbul müddəti 15-30 gündür.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Dəniz kələmi və ya laminariya yodla zəngin, çox faydalı və az kalorili təbii məhsuldur. Əsasən bu məhsul salatlara əlavə edilir, qurudulmuş və konservləşdirilmiş şəkildə istifadə olunur. Dəniz kələmi 10-12 metr dərinlikdə yetişir. Bu bitkiyə daha çox Yapon, Oxot, Qars, Ağ dənizlərdə, Atlantik və Sakit okeanda rast gəlinir. Dəniz kələmi ilk dəfə Yaponiyada istifadə olunmağa başlayıb. Laminariyanın 30-dan çox növü var. Tibdə və kulinariyada məhsulun 5 növü istifadə olunur.
Dəniz kələmi orqanizmin sağlamlığı üçün faydalı vitamin və minerallarla zəngindir. Tərkibində çox miqdarda yod, A, B, C, E, D vitaminləri vardır. Məhsulun tərkibi enterosorbentlərlə zəngindir və məhz bu komponentlər hesabına orqanizmdə olan şlak, toksin, zərərli bakteriyaları süngər kimi özünə birləşdirir. Həkimlər dəniz kələmini qalxanabənzər vəz xəstəliklərində, onkoloji xəstəliklərin profilaktikasında, maddələr mübadiləsinin tənzimlənməsində istifadə edirlər. Laminariya yağ turşuları ilə zəngin olduğu üçün orqanizmdə lipid-xolesterol mübadiləsini yaxşılaşdırır, HDL (faydalı xolesterol) fraksiyasının miqdarını artıraraq LDL-in (zərərli xolesterol) miqdarını azaldır, qan damarlarının iç intima qişasına xolesterin lövhəciklərinin toplanmasının qarşısını alır. Bununla da bədəndə aterosklerozun inkişaf riskini azaldır.
Adi kələmlə dəniz kələminin heç bir əlaqəsi yoxdur. Dəniz kələminin tərkibi yodla olduqca zəngin olduğu üçün dietoloqlar onu pəhriz əhəmiyyətli təbii məhsul hesab edirlər. Uşaq yaşlarında, fiziki və zehni fəaliyyəti aktiv olan insanlarda, hamilə və südvermə dönəmində olan qadınlarda orqanizmin yoda olan təlabatı yüksəlir. Bu vəziyyət qalxanabənzər vəz funksiyalarının zəifləməsi səbəbindən yaranan hipotireoz zamanı da müşahidə olunur. Onu qeyd etmək lazımdır ki, qalxanabənzər vəz funksiyasının artması ilə bağlı meydana gələn hipertireoz zamanı dəniz kələmi əks göstərişdir.
Laminariya hamilələrə birbaşa göstərişdir. Tərkibi fol turşusu və bromla zəngin olduğu üçün döldə sinir sisteminin normal inkişafını təmin edir. Digər tərəfdən hamilə qadınların psixoloji vəziyyətini stabilləşdirir. Sintetik yod tərkibli preparatlardan fərqli olaraq dəniz kələminin ehtiva etdiyi üzvi yod orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Laminariyanın həm təzə, həm də qurudulmuş forması orqanizm üçün faydalı hesab olunur. Marinad olunmuş dəniz kələmi isə bütün faydalı bioloji aktiv komponentlərini itirir, plastik qablarda saxlandığı üçün orqanizmə zərərli təsir edir. Dietoloqlar gün ərzində bu təbii məhsulu 40 qramdan çox olmayaraq qida rasionuna əlavə etməyi tövsiyə edirlər. Tərkibi liflərlə zəngin olduğu üçün yumşaq işlədici təsir göstərir, bağırsaqların işini normallaşdırır. Dəniz kələminin müntəzəm istifadəsi insanın əhvali-ruhiyyəsinin yüksəlməsinə, maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Tərkibindəki antioksidantlar orqanizmi oksidativ stresdən müdafiə edir, sərbəst radikalların hüceyrələrə dağıdıcı təsirinin qarşısını alır. Orqanizmdən ağır metal duzları, şlak və toksinləri çıxararaq bədəni cavanlaşdırır.
Əlaqəli yazı mövcud deyil.