Məhsullarımız
Bitkilər
Ot
Dəmrovotu Otu
Tərkib:
Dəmrovotu otunun tərkibində alkaloidlər (xelidonin, homoxelidonin, xeleritrin, metoksixelidonin, oksixelidonin, sanqvinarin, oksisanqvinarin, xelirubin, allokriptopin, berberin, koptizin, spartein), həmçinin karotin, askorbin turşusu, üzvi turşular, saponin və flavonoidlər var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq dəmlənir, soyudulur, süzülür. Yerli islatma və vanna şəklində istifadə olunur. Daxilə gündə 3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 15 dəq. əvvəl qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Dəmrovotu çoxillik bitkidir. Bu bitki yaz aylarında çiçəkləməyə başlayır və proses payız aylarına qədər çəkir. Dəmrovotu bitkisi park, bostan və bağlarda qızılı-sarı çiçəkləri ilə diqqəti cəlb edən bitkidir. Dəmrovotu daha çox Rusiyanın Avropa hissəsində, Sibirdə və Qafqazda geniş yayılıb. Bitkinin müalicəvi xüsusiyyətləri hələ Qədim Yunanıstanda həkimlərə məlum idi. Bitki qanın təmizlənməsi və göz xəstəlikləri üçün istifadə olunurdu.
Rusiyada illərlə onu ziyillərin, çillərin üzərinə qoyurdular. Dəmrovotu hətta qurdeşənəyinin müalicəsində də istifadə olunurdu. Tibdə müalicə məqsədilə bitkinin şirəsi, kökləri və çiçəkləri tətbiq edilir.
Dəmrovotunun müalicəvi xüsusiyyətləri onun tərkibinin zənginliyi ilə əlaqədardır. Kimyəvi birləşmələrin çoxu bitkinin kökündə cəmlənib. Lakin dəmrovotunun ot hissəsi də faydalı bioloji aktiv maddələrlə zəngindir. Təzə çiçəklənən zaman bitki daha az toksik olduğu üçün müalicəyə daha yararlı hesab olunur.
Dəmrovotu ümümilikdə 20-yə qədər mürəkkəb alkaloid daşıyır və onlardan 5-i çox təhlükəli hesab olunur. Alkaloid berberin qan damarlarında aterosklerotik lövhəciklərin yaranmasına səbəb olan xolesterol yığıntısının qarşısını alır. Bəzi tədqiqatlar həmin maddənin bir çox onkoloji xəstəliklərdə xərçəng əleyhinə təsirini sübut edib. Dəmrovotu helidonin sayəsində spazm əleyhinə təsir göstərir, ürəkdöyünmə və arterial təzyiqi azaldır. Bitkinin homohelidonin maddəsi isə əksinə effekt verir. Dəmrovotunda olan saponinlər, efir yağları, flavonoidlər, beta-karotin, alma, limon, kəhraba, askorbin turşusu virus və bakteriya əleyhinə, həmçinin antioksidant təsir göstərir.
Müasir tibdə dəmrovotu psoriaz və qaşınma ilə müşayiət olunan dermatozlarla yanaşı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Yuxarıda da qeyd etdiyim kimi bu bitki hal-hazırda ziyillərin, sağalmaz yaraların, dəri vərəminin müalicəsində xaricə istifadə olunur.
Bitki qaraciyər, öd kisəsi xəstəlikləri və mədə xorasının xronik formalarında daxilə qəbul edilir. Qaraciyərdaxili öd yollarında durğunluğu aradan qaldırır, ödqovucu təsir göstərərək ödün qaraciyərdən öd kisəsinə, öd yollarına və onikibarmaq bağırsağa tökülməsini rahatlaşdırır. Bu xəstəliklər zamanı iltihab əleyhinə təsir göstərir, orqanizmdə spazm və ağrını azaldır.
Dəmrovotu homeopatiyada da istifadə olunur. Dizenteriya, sarılıq, podaqra kimi xəstəliklərdə bitkinin sidikqovucu effektindən istifadə edilir. Dəmrovotunun şirəsi poliplərin müalicəsində çox əhəmiyyətlidir. Bitkinin şirəsi həmçinin haymorit və diş ağrılarında da faydalıdır.
Ginekologiyada süd yarası, uşaqlıq boynunun eroziyası, mioma və kolpitlər zamanı dəmrovotu tətbiq olunur. Menopauza və aybaşı pozulmaları zamanı bitkinin cövhəri əlamətləri azaltmağa yardım edir. Qadın xəstəlikləri zamanı dəmrovotu tərkibli aptek şamları daha effektli hesab olunur. Bu şamlar babasil, düz bağırsaq polipləri, prostatit, adenoma, sistit zamanı rektal istifadə olunur. Dəmrovotu prostat vəz xəstəliklərində də öz sözünü deyir. Vəzin zədələnmiş toxumasında iltihabı azaldır, şişin böyüməsini dayandırır, hüceyrələrin bərpasını stimullaşdırır.
Əlaqəli yazı mövcud deyil.