Məhsullarımız Bitkilər Ot Aslanpəncəsi Otu
Tərkibi:
Aslanpəncəsi otunun tərkibi aşı maddələri (3%-ə qədər taninlər), acı maddələr, lipidlər, katexinlər, lesitin, liqnin, olein, ellaq, luteon və linol turşuları, flavon qlikozidlər, fitosterollar (steroidlər), kumarinlər, çox miqdarda askorbin turşusu (200 mq-a yaxın), sink, manqan, borla zəngindir.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Aslanpəncəsi demək olar ki, bütün Avropada, Rusiyanın Avropa hissəsində, Sibirdə geniş yayılmış dərman bitkisidir. Bu bitkiyə daha çox meşələrdə, çəmənlərdə, şam və qarışıq meşələrdə rast gəlinir. Xalq təbabətində aslanpəncəsi “qadın otu” kimi tanınır.
Aslanpəncəsinin tərkibi aşı maddələr, flavonoidlər, liqnin, lipid, kumarinlərlə zəngindir. Bitkinin müxtəlif hissələri dəmir, bor, manqan, sink, molibden, nikellə zəngindir. Aslanpəncəsi yüksək qida dəyərinə sahibdir. Tibdə bitkinin çiçəklənmə dövründə istifadə olunması tövsiyə olunur.
Aslanpəncəsindən hazırlanan dərman preparatları qansaxlayıcı, iltihab əleyhinə, büzücü, bəlğəmgətirici, ödqovucu, işlədici, sedativ, immunomodulyator, şiş əleyhinə, yarasağaldıcı, sidikqovucu və laktogen təsirlərə malikdir. Bu bitki, min bir dərdin müalicəsində istifadə olunan bioloji aktiv komponentlərlə zəngindir.
Aslanpəncəsi fitosterinlərin sayəsində metabolizmdə aktiv rol oynayaraq ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Eyni zamanda, immuniteti artırır və zehni-fiziki fəaliyyəti gücləndirir. Bioflavonoidlərin hesabına orqanizmə antioksidant, virus əleyhinə təsir göstərir, maddələr mübadiləsini yaxşılaşdırır.
Bitkinin liqnin komponenti qaraciyərin detoksikasiyasını dəstəkləyir və orqanizmdən şlak və toksinlərin atılmasına kömək edir. Vitamin C ilə zəngin olması orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır və yaşlanma prosesini ləngidir.
Aslanpəncəsi, tərkibindəki aşı maddələr sayəsində büzücü təsir göstərir, qan damarlarının divarlarını möhkəmləndirir və keçiriciliyini azaldır. Zəngin yağ turşusu tərkibi mübadiləni yaxşılaşdıraraq artıq çəkidən azad olmağa kömək edir. Tərkibindəki kumarinlər yarasağaldıcı və şişəleyhinə təsir göstərir.
Eyni zamanda, acı maddələr mədə turşusu və mədə şirəsinin sekresiyasını stimullaşdırır. Aslanpəncəsinin yarpaqlarından hazırlanan cövhər, qanda xolesterin səviyyəsini aşağı salmağa kömək edir.
Ginekologiyada aslanpəncəsi mioma və fibromiomalar zamanı qansaxlayıcı kimi istifadə olunur. Belə ki, aslanpəncəsindən hazırlanmış preparatlar menstrual sikli tənzimləyir, qadın cinsi sferasını yaxşılaşdırır.
Bir çox xəstəliklər, o cümlədən furunkulyoz, xora, sızanaqlar, sağalmayan irinli-iltihablı yaralar, vətər dartılması, şişlər zamanı aslanpəncəsi bitkisi xaricə istifadə olunur. Ateroskleroz, soyuqdəymə, güclü burun qanaxmaları, kəskin və xroniki bronxit, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ishalla müşayiət olunan kolit, enterit, şəkərli diabet, böyrək və sidik kisəsi xəstəlikləri, epilepsiya, piylənmə zamanı isə aslanpəncəsi bitkisi daxilə qəbul etdikdə faydalı olur.
Müalicəvi məqsədlə aslanpəncəsinin cövhəri daha faydalı hesab olunur. Bu məqsədlə 3 çay qaşığı quru otun üzərinə 1 stəkan qaynar su tökülür, 2 saat saxlanır. Daha sonra süzülərək stəkanın 1/3 hissəsi qədər gün ərzində 4 dəfə olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Aslanpəncəsi bitkisi hamiləlik və laktasiya dövrlərində istifadə olunmur.
Əlaqəli yazı mövcud deyil.