HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Yemi̇şan Meyvəsi̇

Tərkib:
Yemişan meyvələrinin tərkibində triterpen saponinlər (ursol və oleanol turşuları), β-sitosterol, xlorogen və kofein turşuları, saponinlər, triterpenoidlər (krateq turşusu), C vitamini, karotin, flavonoidlər (hiperozid, hiperin), aşı maddələri, sorbitol, xolin, asetilxolin, piyli yağlar və digər maddələr var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür, gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Yemişan meyvəsinin tərkibi

Yemişan meyvəsi xalq təbabətində faydalı və müalicəvi xüsusiyyətləri ilə uzun illərdir tətbiq olunur. Qırmızı, bəzən narıncı və ya sarımtıl rəngdə olub turşməzə yaxud azacıq şirin dadır. Çox vaxt topa halında çıxır, meyvənin içində 1- 5 toxum olur. Meyvələrin tərkibi flavonoidlər, proantosianidlər, üzvi turşular, hiperazid, rutin, kversetin, vitexin kimi bioloji aktiv komponentlərlə zəngindir. Meyvələrin tərkibində vitamin C, sink, maqnezium, kalium kimi minerallar orqanizmin ətraf mühitin xəstəliklərə qarşı müqavimətini artırır.

Yemişan meyvəsinin ürək-qan-damar sisteminə təsiri

Bundan başqa yemişan meyvəsi qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ürək əzələsini gücləndirir. Ürək əzələsinin yığılmasını artırır, miokardın oksigen tələbatını azaldır, arterial təzyiqi stabilləşdirir. Ürək ritminin tənzimlənməsinə kömək edir, aritmiya, taxikardiyanın qarşısını alır. Damar və əzələ spazmlarını aradan qaldırır. Yemişan meyvəsi “pis” xolesterin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır. Ürək çatışmazlığı, arterial hipertenziya, tac damar xəstəlikləri, sinir sisteminin zəifləməsi və stress zamanı çox faydalıdır.

Yemişan meyvəsinin faydaları

Tərkibi flavonoidlərllə zəngin olduğu üçün sinir hüceyrələri arasında impulsların ötürülməsini sürətləndirir. Baş beyinin qan dövranını və oksigenlə təminatını yaxşılaşdırır, diqqəti, yaddaşı, yaddasaxlama, yadasalma funksiyalarını gücləndirir. Sinir sistemini sakitləşdirir, narahatlıq və stressi azaldır. Yemişan meyvələri antioksidantlarla zəngin olduğu üçün bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bu effekti sayəsində qocalmanın və şiş hüceyrələrinin inkişafının qarşısını alır.

Yemişan meyvələri kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi orqanlara kifayət qədər qan axınını təmin edir, məhz bu yolla cinsiyyət sistemi daha çox oksigen və qida maddələri ilə təmin olunur. Bu da kişilərin cinsi qabiliyyətini artırır, kişi sağlamlığına müsbət təsir göstərir. Yemişan xalq təbabətində nəsilartırma bitkisi kimi də tanınır. Meyvələrin tərkibi E vitamini ilə zəngin olduğu üçün spermanın keyfiyyətini yaxşılaşdırır, kişi cinsi hüceyrələrinin yaşama qabiliyyətini və mayalandırma qabiliyyətini də yüksəldir.

  • “Herba Flora” şirkəti yemişan meyvələri ilə zənginləşdirilmiş bir sıra faydalı təbii məhsullar istehsal edir. Onlara Teamen fitoçayını və Sedat10 təbii kapsullarını misal göstərmək olar.

Teamen çayı isə kişi sağlamlığının nadir keşikçilərindən hesab olunur. Belə ki prostat vəzin qanla təminatını və sinir təchizatını yaxşılaşdırır, kapsulunun keçiriciliyini artırır və qan dövranını sürətləndirir. Kişi orqanizminə tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir. Spermanın keyfiyyətini və potensiyanı artırır.

Sedat 10 kapsulları təbii sakitləşdirici və yuxugətirici olsa da məhz yemişan meyvələri sayəsində xəstələrdə yaddaşın getdikcə zəifləməsinin qarşısını alır, beyinin və ürəyin qan dövranını yaxşılaşdırır, toxumaların oksigen təchizatını artırır. Bu təbii məhsullar yemişan meyvələrinin nə qədər faydalı olduğunu praktik olaraq sübut edir!

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar