Məhsullarımız
Bitkilər
Meyvə
Ardıc Meyvəsi̇
Tərkibi:
Ardıc meyvələri efir yağı, şəkərlər, qətranlar, boyalar, piyli yağlar, üzvi turşular (alma, qarışqa və sirkə), aşı maddələri və mikroelementlərlə (manqan, dəmir, mis və alüminium) zəngindir.
İstifadəsi:
Bir xörək qaşığı xırdalanmış xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, su hamamında 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. 1 xörək qaşığından gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Ardıc meyvəsi xalq təbabətində çoxsaylı müalicəvi xüsusiyyətləri ilə tanınır. Əsasən mülayim və soyuq iqlim zonalarında yetişir. Skandinaviya, Balkan yarımadası, Orta Asiya, Amerika, həmçinin Azərbaycanda isə Böyük və Kiçik Qafqaz, Talış dağları ardıc bitkisinin yayılma arealı hesab olunur.
Meyvənin tərkibi efir yağları, flavonoidlər, acı maddələr və alkoloidlər, vitaminlər və minerallar, qatranlar və üzvi turşularla zəngindir. Ardıc meyvəsi C vitamini, maqnezium, kalium və sink qaynağıdır. Efir yağlarından pinen, kamfen, limonen antiseptik və iltihab əleyhinə təsir göstərir. Flavonoidlər hesabına ardıc meyvəsi güclü antioksidant effekt verir. Qatranabənzər maddələr orqanizmə həm göbələk, həm də mikrob əleyhinə təsir göstərir. Bakteriyaların artması və çoxalmasının qarşısını alır.
Ardıc meyvəsi xalq təbabətində əsasən sidikqovucu xüsusiyyətinə görə ifrazat sistemi üzvlərinin xəstəliklərində istifadə olunur. Böyrək yumaqcıqlarında filtrasiya və reabsorbsiya proseslərini yaxşılaşdırır. Sidikqovucu effekt verərək böyrəklərin fəaliyyətini artırır, ödemi azaldır. Orqanizmi maddələr mübadiləsinin zərərli maddələrindən, ağır metal duzları, şlak və toksinlərdən azad edir. Bir sözlə bədənə detoks effekti verir. Ümumiyyətlə böyrək və sidik yollarının iltihabi prosesləri, sidik yolu infeksiyaları zamanı çox faydalıdır.
Pielonefrit, sistit, uretrit, revmatizm və oynaq xəstəlikləri zamanı güclü iltihab əleyhinə effekt verir. Revmatizm zamanı oynaqlarda yaranan patoloji dəyişikliklərin qarşısını alır. Sidikqovucu olduğu üçün yüksək arterial təzyiqi azaldır və qan dövranını yaxşılaşdırır. Ardıc meyvəsinin tərkibi acı maddələrlə zəngin olduğu üçün mədə şirəsinin ifrazını artırır, iştahanı, həzmi və bağırsaq motorikasını yaxşılaşdırır. Həzm pozğunluğu və müxtəlif dispeptik əlamətləri tez bir zamanda aradan qaldırır. Gün ərzində 3-5 meyvə çeynəmək həzmi yaxşılaşdırır.
Qurudulmuş ardıc meyvələrindən aşağıdakı qaydada dəmləmə hazırlanır: 1 çay qaşığı meyvə 1 stəkan qaynar suda 10-15 dəqiqə dəmlənir və süzülərək içilir. Bu çay həzm sisteminin işini yaxşılaşdırmaq, həm də sidikqovucu xüsusiyyətindən yararlanmaq üçün gündə 1-2 dəfə içilə bilər. Ardıc meyvəsi dərinin sağlamlığı üçün də faydalıdır, dəri məsamələrinin təmizlənməsini təmin edir və sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Ardıc meyvəsi və onun ekstraktlarından tibdə geniş istifadə olunur. Amma onların faydaları ilə yanaşı yan təsirləri də mövcuddur. Bu preparatların aşırı istifadəsi böyrəklərin yüklənməsinə və zədələnməsinə gətirib çıxara bilər. Mədə xorası və qastriti olan şəxslər də ardıc meyvəsi istifadə edərkən ehtiyatlı olmalıdır. Mədə şirəsinin sekresiyasını artırdığı üçün mədə turşuluğunu yüksəldə bilər. Həddindən artıq istifadəsi qaraciyər problemlərinə gətirib çıxara bilər.
Əlaqəli yazı mövcud deyil.