Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Şi̇ri̇n Bi̇yan Kökü

Tərkib:
Biyan köklərinin tərkibi saponin qlisirrizin (qlisirrizin turşusunun kalium və kalsium duzları), flavonoidlər (likviritin, izolik­viritin, lakrizid), steroidlər (beta-sitosterin, esxriol), asparagin, askorbin, alma, limon və kəhraba turşuları, efir yağı, qətranlar, vitaminlər və minerallarla (K, Ca, Mg, Zn, Na, Se, Cu, Fe, P, Mn) zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Şirin biyan Avropa və Şimali Amerikada isti və quru iqlimlərdə becərilir. Əsasən dağətəyi və çöl zonalarında geniş yayılıb. Çin və Hindistan kimi ölkələrdə ənənəvi tibdə geniş istifadə edilir.

Şirin biyan kökünün insan orqanizminə faydaları

Şirin biyan kökü tənəffüs, həzm, immun, endokrin və sidik sistemi üçün geniş təsir spektrinə malikdir. Zəngin bioaktiv tərkibi sayəsində orqanizmin müxtəlif orqanlarına güclü təsir göstərir. Bu faydalı komponentlərdən qlisirrizin turşusunu orqanizm üçün güclü iltihab əleyhinə və virus əleyhinə vasitə kimi göstərmək olar.

Yerli olaraq interferon sintezini artırır, selikli qişaların baryer funksiyalarını gücləndirərək xəstəlik törədən mikrobların orqanizmə daxil olmasının qarşısını alır. Qaraciyərin zərərsizləşdirmə funksiyasını gücləndirir, ağır metal duzlarının, şlak və toksinlərin bədəndən xaric olmasını təmin edir. Flavonoidlər sayənsində şirin biyan güclü antioksidant və bakteriya əleyhinə effektə sahib olur.

Şirin biyan kökünün tərkibindəki saponinlər öskürək, bronxit, bronxial astma zamanı bəlğəmgətirici təsir göstərir. O, tənəffüs yollarının selikli qişasını yumşaldır, bəlğəmin rahat axmasını təmin edir. Bronxlarda olan spazmı və şişkinliyi aradan qaldırır. Xüsusilə quru və qıcıqlandırıcı öskürəyi yüngülləşdirir.

Şirin biyan kökünün əlavə təsirləri

Şirin biyan kökü seliklə zəngin olduğu üçün mədə xorası və qastrit zamanı qoruyucu və sağaldıcı təsir göstərir. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə susuzluq hissini və tez-tez sidiyə getmə əlamətlərini azaldır. Bu, şirin biyanın şəkərli diabetli xəstələrin orqanizmində natriumun miqdarını artırması ilə əlaqədardır. Bu element isə suyu özünə birləşdirir və bədənin mayeyə olan təlabatını azaldır. Bitki böyrəküstü vəzi stimullaşdıraraq bədəndə kortizol səviyyəsini artırır, stresə qarşı müdafiə yaradır.

Şirin biyan kökü yorğunluğa qarşı adoptogen təsir göstərir. Fitoesterogenlərlə zəngin olduğuna görə qadınlarda hormonal balansı tənzimləməyə kömək edir. Uzun müddət şirin biyan kökü istifadəsi arterial qan təzyiqini yüksəldə bilər. Digər tərəfdən bitki damarların elastikliyini artırır və qanda “pis” xolesterol səviyyəsini azaldır. Qan damarlarını genişləndirərək qan axınını yaxşılaşdırır.

Sidik yollarında mikrobları məhv edir, sidik yollarının infeksiyaları və böyrəklərin iltihabi xəstəlikləri zamanı çox fayda verir. Bir çox dəri xəstəliklərinin müalicəsində effektlidir. Ekzema, dermatit, bəzi iltihablı dəri xəstəlikləri və sədəf xəstəliyi zamanı istifadə olunur. Antihistamin effekt verərək allergik reaksiyaları və qaşıntını azaldır.

  • “Herba Flora” şirkəti şirin biyan kökü tərkibli bir çox fərqli məhsullar istehsal edir. Bunlardan Teasept, Teaqrip çayları, həmçinin Lorosept məhlulu və spreyi dişəti xəstəlikləri, angina, qrip, soyuqdəymə və s. kimi bir çox xəstəliklər zamanı faydalıdır. Teastomin çayı müxtəlif həzm problemlərində, Mirfazin çayı isə şəkərli diabet xəstəliyinin kompleks müalicəsində çox effektlidir!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar