Məhsullar

Pi̇şi̇kotu Kökü

Tərkibi:
Pişikotu köklərinin tərkibində 0,5-2% efir yağı (bornil izovalerianat), izovalerian turşusu, borneol, pinen, kamfen, terpineol, dimonen, seskiterpen spirti, kessil spirti, borneolun, qarışqa və sirkə turşularının mürəkkəb efirləri, valerin və xatinin alkaloidləri, valerozid qlikozidi, aşı maddələri, saponinlər və orqanik turşular var.

İstifadəsi:
1 xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür, gündə 3-4 dəfə hər dəfə 1 xörək qaşığı qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Pişikotunun tarixi və ənənəvi istifadəsi

Pişikotu çoxillik ot bitkisidir. Əsasən Orta və Şimali Avropa, Asiyada geniş yayılmışdır. Çay kənarları, bataqlıq torpaqlar və meşəliklərdə bitir. Pişikotunu Qədim Yunanıstan və Romada Hippokrat və Dioskorid narahatlıq və yuxusuzluğa qarşı tövsiyə etmişlər. Orta əsrlərdə pişikotu cadugər dərmanı kimi qəbul edilirdi və qoruyucu vasitə kimi tətbiq olunurdu. Çin və Hindistanda, ümumiyyətlə Şərq təbabətində bitki əsəbləri sakitləşdirmək və həzm problemlərini müalicə etmək üçün istifadə olunurdu. Onun tibdə əsasən kökləri istifadə olunur.

Pişikotu kökünün tərkibi və faydaları

Pişikotu kökünün spesifik, kəskin və xoşagəlməz qoxusu var. Bu qoxu əsasən bitkinin tərkibində olan efir yağları və aktiv maddələrlə bağlıdır. Bitkinin kökü valepatriatlar, valer turşusu, alkaloidlər, flavonoidlər, aşı maddələr, A, C vitamini və efir yağları ilə zəngindir. Valepatriatlar mərkəzi sinir sisteminə və orqanizmə sedativ və sakitləşdirici təsir göstərir. Baş beyin və onurğa beyində qıcıqlanmanı aradan qaldırır. Pişikotu kökü beyində qamma-aminobutirik turşu ( GABA) adlı neyrotransmitterin və melatoninin təsirini artırır. GABA sinir sistemini sakitləşdirən maddələrdən biridir. Pişikotu GABA-nın beyində daha uzun müddət qalmasını təmin edərək rahatladıcı təsir göstərir.

Həyəcan, təşviş, qorxu hissini aradan qaldırır, qıcolma əleyhinə təsiri vardır. Stress, nevroz, yuxusuzluq və əsəbilik zamanı çox faydalıdır. Yuxunun keyfiyyətini yaxşılaşdırır, yuxuyagetmə müddətini qısaldır. Sedativ effekt tədricən əldə olunsa da stabil olaraq davam edir. Gərginlikdən yaranan baş ağrılarını yüngülləşdirir. Miqrenin tezliyini və şiddətini azalda bilir. Ürəyin tac arteriyalarını genişləndirir, arterial təzyiqi tənzimləyir, ürək ritmini normallaşdırır. Əzələ və damar spazmlarını aradan qaldırır. İdmandan sonra əzələ yorğunluğunu azaltmaq üçün istifadə edilir. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Mədə-bağırsaq sistemi orqanlarının saya əzələlərinə, sidik-ifrazat sisteminə spazm əleyhinə təsir göstərir. Qıcıqlanmış bağırsaq sindromu əlamətlərini yüngülləşdirir.

Pişikotu kökünün yan təsirləri

Pişikotu kökü uzun müddət həddindən artıq qəbul edildikdə baş gicəllənməsi, ürəkbulanma və yorğunluq yarada bilər. Bəzi insanlarda gündüz yuxulu hiss etməyə səbəb ola bilər. Çox uzun müddətli qəbul mədə narahatlığına gətirib çıxara bilər. Pişikotu kökü hamilə və süd verən qadınlara tövsiyə olunmur.

12 yaşdan kiçik uşaqlara xüsusi göstərişlər əsasında həkim tərəfindən təyin edilir. Sakitləşdirici dərmanlarla birlikdə istifadə edilməməlidir. Onu da qeyd edək ki, alkoqollu içkilərlə birlikdə istifadəsi təhlükəlidir. Pişikotu qəbulunu birdən dayandırdıqda fiziki və psixoloji narahatlıq yarada bilər. Bu səbəbdən uzun müddətli istifadə etdikdə dozanı tədricən azaltmaq lazımdır.

  • “Herba Flora” şirkəti pişikotu kökü tərkibli Sedativ çayıSedat 10 kapsullarını istehsal edir. Bu qida əlavələri sinir sistemini sakitləşdirmək, yuxuyagetməni yaxşılaşdırmaq və gecə yuxusunu dərinləşdirmək məqsədilə köməkçi vasitə kimi istifadə oluna bilər.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar