Məhsullarımız
Bitkilər
Çiçək
Tozağacı Tumurcuğu
Tərkibi:
Tozağacı tumurcuğu metoksibenzoy, oksibenzoy və kumar turşuları, efir yağı, askorbin turşusu, saponinlər, acı maddələr, aşı maddələr, qətran, üzüm şəkəri və sarı boyaq maddəsi ilə zəngindir.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/3-1/4 stəkan yeməkdən 15 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Tozağacı təbiətin bizə bəxş etdiyi faydalı bitkilərdən biridir. Tibdə və xalq təbabətində daha çox bitkinin tumurcuqları və yarpaqları istifadə olunur. Tozağacı tumurcuqları flavonoid, vitamin, mineral və efir yağları mənbəyidir. Tərkibinin bu qədər zəngin olması onun müalicəvi xüsusiyyətlərinin genişliyindən xəbər verir. Tozağacı tumurcuğu C və B qrupu vitaminləri, efir yağları, orqanik turşular, betulin, tanninlər, saponinlər, kalsium, kalium, maqnezium, dəmir, sink kimi minerallarla zəngindir. Bu bitki yalnız təbabətdə deyil, kosmetologiyada da geniş istifadə olunur. Bitki müalicə məqsədi ilə əsasən çay şəklində, kosmetologiyada isə ekstrakt və ya yağ formasında istifadə olunur.
Tozağacı tumurcuğunun antiseptik, antibakterial, virus əleyhinə təsirləri məlumdur. Orqanizmin immun sistemini gücləndirərək respirator virus infeksiyalarına, bakteriyalara qarşı müqavimətini artırır, yüngül bəlğəmgətirici təsir edir. Bundan başqa güclü iltihab əleyhinə effektə malikdir, xəstəlik törədən mikrobları məhv edir, artaraq çoxalmasının qarşısını alır. Həzm sisteminin işini tənzimləyir, mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Ödqovucudur, qaraciyərdaxili öd yolları, öd kisəsi və ümumi öd yollarında durğunluğu aradan qaldırır, ödün onikibarmaq bağırsağa tökülməsini sürətləndirir. Metabolizmi yaxşılaşdırır, toksinləri bədəndən çıxarır.
Böyrək və sidik yolları problemlərinin aradan qaldırılmasında effektlidir. Böyrəklərdə filtrasiya və reabsorbsiya proseslərini yaxşılaşdıraraq sidiyə zülalın keçməsinin qarşısını alır. Təkrarlanan sistit və uretritlər zamanı effektivdir. Tərkibində olan kalsium və maqnezium oksalat daşlarını əridir, onların əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsir göstərərək bədəndə yığılan artıq mayeni xaric edir, ürək və böyrək mənşəli ödemlərin azalmasına kömək edir. Kapilyar keçiriciliyini azaldır, qan damarlarını möhkəmləndirir, elastikliyini artırır. Tozağacı tumurcuğu toxumaların kapilyar qan dövranını yaxşılaşdıraraq regenerasiyanı sürətləndirir. Göbələk əleyhinə effektlidir, həm də yarasağaldıcıdır.
Qurdqovucu olub bağırsaq helmintlərinin sinir sisteminə iflicedici təsir göstərir. Qurd invaziyaları zamanı bağırsaqda yaranmış ağrı və spazmı aradan qaldırır. Təbii antioksidantları sayəsində bədən hüceyrələrini sərbəst radikalların mənfi təsirindən qoruyur və yaşlanma prosesini ləngidir. Xərçəng əleyhinə təsir göstərir. Betulin maddəsi hesabına şiş hüceyrələrinin böyüməsini ləngidir. Tozağacı tumurcuğu bədəni gümrahlaşdırır, həm də əhvali-ruhiyyəni yaxşılaşdırır. Antibakterial xüsusiyyətləri sayəsində akne və sızanaqların, bir çox dəri xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Oynaq ağrıları, artrit və revmatizm kimi xəstəliklərdə simptomları yüngülləşdirməkdə istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.