Məhsullar

Qarğıdalı Saçağı

Tərkib:
Qarğıdalı saçaqlarının tərkibində 2,5%-ə qədər piyli yağlar, acı qlikozidlər, saponinlər, qətranlı maddələr, K vitamini (hər 1 q-da 1600 bioloji vahid), kriptotoksin, askorbin və pantoten turşuları, inozitol, sitosterol, stiqmasterol və alkaloidlərin izləri var.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən 1 saat əvvəl daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Qarğıdalı bitkisi 1493-cü ildə Xristofor Kolumb tərəfindən Amerikadan Avropaya gətirilmişdir. Bitkinin vətəni Meksikadır. Mədəni bitki olduğu üçün yabanı şəkildə təbiətdə rast gəlinmir. Ölkəmizdə də qarğıdalı bitkisi qida mənbəyi kimi geniş istifadə olunur. Azərbaycanda kənd təsərrüfatı sahəsində qarğıdalının becərilməsinə xüsusi önəm verilir. Bitkinin meyvəsindən qida sənayesində, gövdə və yarpaqlarından heyvandarlıqda, saçaqlarından isə müalicə məqsədi ilə istifadə olunur. Qarğıdalı saçaqlarının tərkibi vitamin və minerallarla zəngindir. Sitosterin, sitosterol, stiqmasterin, saponinlər, beta-karotin, B1, B2, B5, B6, E, H, P, A, K vitaminləri, silisium, dəmir, kobalt, manqan, selen, sink qarğıdalı saçaqlarının əsas tərkib hissələridir.

Qarğıdalı Saçağının İstifadəsi:

Qarğıdalı saçağı çay, dəmləmə, yığıntı, cövhər şəklində istifadə olunur. Qədim zamanlardan bu günə qədər qarğıdalı saçaqları sidikqovucu, ödqovucu, qansaxlayıcı kimi tətbiq olunur. Saçaqlar tərkibindəki polidoymamış yağ turşuları hesabına orqanizmdə “faydalı” xolesterinin miqdarını azaldır. Xolesterinin damar divarına çökməsinin qarşısını aldığı üçün ateroskleroz əleyhinə effektlidir, həmçinin damarqoruyucudur. Fitosterinlər sayəsində iltihab əleyhinə, qızdırmasalıcı effekt verir, immun sistemini gücləndirir. Bitki ödün qatılığını azaldaraq durulaşdırır, qanda bilirubinin miqdarını azaldır.

Qarğıdalı saçağı uzun müddət müntəzəm şəkildə istifadə olunarsa böyrəkdə, sidik axarlarında, sidik kisəsində, sidik kanalında daşların əriməsi və xaric olunmasına gətirib çıxarır. Bundan başqa qarğıdalı saçaqları qanda şəkərin səviyyəsini də azaldır. Şəkərli diabet, hipertoniya, hepatit, xolesistit kimi xəstəliklərdə praktik olaraq effekt verir. Qarğıdalı saçaqları bədəni şişkinlikdən və ödemlərdən azad edir. Qarğıdalı saçağı məhz hüceyrəarası mayenin miqdarını azaldır, bu səbəbdən qadınlara sellülitdən azad olmağa yardım edir. Bitki qanı təmizləməklə yanaşı qanyaradıcı əhəmiyyətə malikdir.

Qarğıdalı Saçağı və Faydaları:

Qadınlarda çoxlu qanitirmə ilə müşayiət olunan aybaşı zamanı qarğıdalı saçaqları qansaxlayıcı kimi də istifadə olunur. Qarğıdalı saçaqları sidikqovucu, ödqovucu, həm də yüngül işlədici xassəyə malik olub bədəni detoks edir. Orqanizmi toksinlərdən, şlaklardan, ağır metal duzlarından təmizləyir. Kişi orqanizmində qarğıdalı saçaqları sidik-ifrazat sistemində iltihabi prosesləri aradan qaldırır və potensiyanı artırır. Bunlardan əlavə qarğıdalı saçaqları iştahanı azaldır, metabolizmi yaxşılaşdırır, artıq çəkidən azad olmağa kömək edir. Bu bitki yemək istəyini dəf edir, şirin qidalara qarşı istəyi azaldır.

Ümumilikdə qarğıdalı saçaqları böyrək daşı, sidik daşı xəstəliyində, böyrək və sidik-ifrazat sisteminin iltihabi proseslərində faydalıdır. Pielonefrit, sistit, öd daşı xəstəliyi, piylənmə, öd yollarının diskineziyası, şəkərli diabetdən əziyyət çəkən insanlar qarğıdalı saçaqlarından mütəmadi istifadə etməlidirlər. Hətta hepatit, qaraciyər sirrozu, hemorragik diatez, prostatit, müxtəlif mənşəli ödəmlər, qlaukoma zamanı da bitki çox effektlidir. Qarğıdalı saçağının tərkibi selenlə zəngin olduğundan xərçəng hüceyrələrini bloklayır, onların böyüməsinin qarşısını alır.

  • “Herba Flora” şirkətinin Hepartea, Teakard, Fosfalitin kimi təbii bitki çayları qarğıdalı saçaqları ilə zənginləşdirilmişdir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar