Məhsullarımız Bitkilər Çiçək Məkkəgülü Çi̇çəyi̇
Tərkibi:
Məkkəgülü çiçəklərinin tərkibi antioksidantlar, kversetin, bioflavonoidlər, meyvə turşuları, pektin, 13 aminturşu, antosianlar, B, P, A və C vitaminləri, dəmir, fosfor, kalium, natrium, kalsium, sink, mis, maqnezium ilə zəngindir.
İstifadəsi:
0,5-1 çay qaşığı çiçəyin üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 3-5 dəqiqə dəmlənir, gündə 2-3 dəfə hər dəfə 1 stəkan isti və ya soyuq şəkildə içilir. İçkiyə dad vermək üçün bal və ya şəkər əlavə etmək olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Məkkəgülü çiçəyinin tərkibi antioksidantlar, kversetin, bioflavonoidlər, meyvə turşuları, 13 amin turşusu, antosianlar, B, P, A və C vitaminləri, dəmir, fosfor, kalium, natrium, kalsium, sink, maqneziumla zəngindir. Məkkəgülü çiçəyi immuniteti gücləndirir, iltihab əleyhinə təsir edir, arterial təzyiqi normallaşdırır, antosianlar hesabına damargenəldici effekt verir.
Lipid və şəkər mübadiləsini yaxşılaşdırır, qanda xolesterin və qlükozanın miqdarını tənzimləyir. A, C, PP vitaminləri ilə zəngin olduğu üçün damar divarını möhkəmləndirir. Çiçəklərin tərkibindəki antosianlar P vitamininəbənzər aktivlik göstərərək damarqoruyucu effekt verir, damar keçiriciliyini azaldır. Beləliklə, gözün torlu qişasını, ürək və beyin kimi vacib orqanlarımızın damar şəbəkəsini zədələnmədən qoruyur, infarkt və insult riskini azaldır. Ateroskleroz, arterial hipertoniya, şəkərli diabetin profilaktikasında geniş tətbiq olunur.
Məkkəgülü çiçəkləri orqanizmdən toksin və şlakların, ağır metal duzlarının çıxarılmasında böyük rol oynayır. Bu proses tərkibindəki pektin sayəsində baş verir. Qaraciyərin zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır, həzm sisteminin işini tənzimləyir. Bunlardan əlavə məkkəgülü çiçəkləri həmçinin” yağları yandırır, karbohidratların hüceyrələr tərəfindən rahat mənimsənilməsini təmin edir. Hüceyrəarası mayenin miqdarını azaldır, antisellülit effekt verir, orqanizmi artıq çəkidən azad edir.
Bitkinin çiçəkləri tənəffüs sisteminin də işini yaxşılaşdırır, bəlğəmin bronx və ağciyərlərdən xaric olmasını sürətləndirir. Tərkibi minerallarla zəngin olduğu üçün beyinin fəaliyyətini yaxşılaşdırır. Məkkəgülü çiçəkləri antosianlar hesabına şiş əleyhinə də effekt verir. Mübadilə nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır, hüceyrə tamlığının pozulmasının qarşısını alır.
Bitki kişilərdə fiziki aktivliyi artırır. Sinir sisteminin fəaliyyətini və kiçik çanaq orqanlarının qan dövranını yaxşılaşdırır. Cinsiyyət vəzilərinin və cinsiyyət sisteminin fəaliyyətini artıraraq nəsilartırma qabiliyyətini yüksəldir. Sonsuzluqla mübarizə zamanı həkimlər kompleks müalicə ilə yanaşı kişilərə məkkəgülü çiçəklərinin çayını da tövsiyə edirlər. Məkkəgülü çiçəkləri qadın orqanizmi üçün də faydalıdır. Stress və gərginlikdən azad edərək yüngül sakitləşdirici, yuxugətirici və ağrıkəsici effektə malikdir. Qurd və parazitlərlə də aktiv mübarizə aparır.
Məkkəgülü çiçəkləri yalnız daxilə qəbul zamanı deyil, xaricə istifadə zamanı da faydalıdır. Belə ki, seboreyada kompleks müalicə ilə yanaşı istifadə olunduqda güclü kəpək əleyhinə effekt verir. Bundan başqa saçları tünd rəngə boyamaq üçün də bu bitkinin çiçəklərindən istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.