Məhsullar

Gəndalaş

Tərkibi:​
Gəndalaş çiçəklərinin tərkibi rutin, selik, xolin, üzvi turşular (valerian, alma, sirkə), efir yağının izləri, qətranlı maddələr və sambuniqrin qlikozidi ilə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə 1/4 stəkandan daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Qara Gəndalaş Bitkisinin Ümumi Xüsusiyyətləri

Gəndalaş bitkisi xalq təbabətində faydaları ilə məşhurdur. Hündürlüyü 7 metrə çatan kol bitkisidir. Demək olar bütün Avropa ərazisində, Asiya, Zaqafqaziya, Şimali Afrika və Makroneziya adalarında bitir. Bu bitkinin 30-dan çox növü vardır. Bunlardan ən faydalı olanı qara gəndalaşdır ki, çiçəkləri efir yağları, sambuniqrin kimi qlikozidlər, həmçinin rutin, karotin, xolin, alkoloidlər, askorbin turşusu, aşı maddələr, selik və mineral maddələrlə zəngindir.
Qara gəndalaş bitkisi ilə bağlı bir çox tədqiqatlar aparılmışdır. Bu təcrübələrin biri də İsrail həkimləri tərəfindən aparılıb. Təcrübənin əsas məqsədi qrip və soyuqdəymə zamanı qara gəndalaşın təsirini müəyyənləşdirmək idi. Qrip xəstələrinin bir hissəsinə 4 qaşıq qara gəndalaş çayı, digər qrupa plasebo( boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti fərqli olaraq yaxşılaşmağa başlayır. Qripin klinik əlamətləri (hərarət, əzələ ağrıları və s.) əhəmiyyətli dərəcədə azalır. Plasebo qəbul edən qrupda isə xəstələrin yaxşılaşma əlamətləri daha az idi.

Sağlamlığa Təsiri

Qara gəndalaş çiçəkləri orqanizmə iltihab əleyhinə, tərlədici, sidikqovucu və yüngül bəlğəmgətirici təsir edir. Efir yağları və rutin hesabına iltihabın ayrı-ayrı fazalarına müsbət təsir göstərir. Qara gəndalaş baş beynin istilik tənzimi mərkəzinə təsir edir və tərlədici effekt verir. Bitkinin yüngül işlədici və ağrıkəsici effektləri də vardır.
Qara gəndalaş həmçinin vitamin və minerallarla zəngindir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və antibakterial effekt verir. Həm iltihab əleyhinə, həm də tərlədici olduğu üçün tənəffüs sistemi və onun iltihabi xəstəliklərində istifadə edilir.
Qara gəndalaş bronxit, emfizema, bronxial astma, göyöskürək, tonzillit, qrip, revmatizm, poliartrit kimi xəstəliklərdə çox faydalıdır. Ürək-damar sistemi xəstəliklərində (miokard, ürək qüsurları) və sidik-ifrazat sistemi xəstəliklərində bu bitki sidikqovucu effektinə görə geniş tətbiq olunur. Bundan başqa qara gəndalaş kapilyar keçiriciliyin artması ilə bağlı bir çox xəstəliklər, o cümlədən şəkərli diabet, klimaks, dəri xəstəlikləri, parodontoz, bağırsaq patologiyalarında da qəbulu yaxşı nəticə verir. Faringit, haymorit, rinit, artrit, nevrit, miozit, blefarit, konyuktivit zamanı, həmçinin yara və furunkullarda, yanıqlarda qara gəndalaş xaricə istifadə edilir.

“Herba Flora” şirkəti sizlər üçün qara gəndalaşla zənginləşdirilmiş bir çox təbii məhsullar istehsal edir. Bunlardan İmmunoteaTeamen çayını misal göstərmək olar.

  • İmmunotea çayı kəskin respirator xəstəliklər, immunitet zəifliyi ilə bağlı yaranan digər xəstəliklər zamanı bədənin müqavimətini artırmaq üçün istifadə olunan mineral və vitamin qaynağıdır.
  • Teamen çayı isə qara gəndəlaş çiçəyi hesabına damar divarının keçiriciliyini azaltmaqla prostat vəzdə olan iltihabı və ödemi aradan qaldırır.

https://herba-flora.com/

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar