Məhsullarımız Bitki Çayları Tək Tərkibli Çaylar Səna Yarpağının Çayı
Tərkibi: Səna yarpağı
İstifadəsi: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq dəmlənir, otaq temperaturuna qədər soyudulur və gündə bir dəfə qəbul edilir. Xroniki qəbizlikdə 2 dəfə qəbul etmək tövsiyə olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Səna xüsusi komponentlərdən ibarətdir. Məsələn, güclü işlədici təsirə səbəb olan antraqlikozidlərin təsir mexanizmi olduqca sadədir. Maddələr bağırsağın selikli qişasını qıcıqlandırır, bununla da saya əzələlərin yığılmasına səbəb olur, nəticədə mədə-bağırsaq traktının tam boşalması və təmizlənməsi baş verir.
Sənanın işlədici təsiri əsasında təbii və təhlükəsiz preparatlar istehsal olunur. Bu preparatlar ilə hətta kiçik uşaqlarda da qəbizliyi müalicə etmək olar. Əməliyyatdan sonrakı dövrdə, babasil düyünlərinin iltihabı və prolapsı zamanı, həmçinin bağırsaq peristaltikasının pozulması hallarında səna tərkibli dərman vasitələrinin istifadəsi xüsusilə aktualdır. Bundan əlavə, məhsul bədəndən toksinləri, şlakları və ağır metal duzlarını çıxaran bir filtr rolunu oynaya bilər. Mədəyə daxil olduqdan 2-4 saat sonra təsir etməyə başlayır.
Məhsulun bədən üçün faydalarından danışarkən, saç üçün kosmetik effekti qeyd etməmək olmaz. Səna dəmləməsi ilə saçların durulanması zədələnmiş saçları bərpa edir. Məhz bu təsirinə görə bitkiyə “neytral xına” adı da verilib.
Səna preparatlarının qəbul qaydalarının pozulması, həmçinin dozanın aşılması insan sağlamlığına mənfi təsir göstərir. Bitki mənşəli məhsulun zərəri müəyyən olunmasa da yan təsirləri çox nəzərə çarpır. Həmçinin sənanın təsiri ilə həzm sistemi daim təmizləndiyi üçün tam həzm olunmamış qidalar da bədəndən xaric olur. Bu vəziyyətdə qiymətli elementlər və vitaminlər də bədəndən qovulur.
Bu gün səna bağırsaqları təmizləmək üçün geniş istifadə olunan bir vasitədir. Bitki qurudulmuş, hidrolizə edilmiş və ya tablet şəklində tətbiq oluna bilir.
Əlaqəli yazı mövcud deyil.