Məhsullarımız
Bitki Çayları
Tək Tərkibli Çaylar
Matça Çayı (Yapon Yaşıl Çayı)
Fərqli bir dada, zəngin tərkibə malik Matcha Yapon çayının faydaları:
Katexin – piyləri əridir, ziyansız arıqladır.
Kofein – yağların sorulmasını ləngidir, tonuslandırıcıdır.
Xlorofil – xolesterini tənzimləyir.
A, C, E vitaminləri – dərinin qırışmasını ləngidir, yeniləyir və ləkələrin qarşısını alır.
Yapon Yaşıl Çayı təbii antioksidant mənbəyidir.
Dəmləmə qaydası: 1 çay qaşığı matcha tozunun üzərinə 1/3 stəkan 80℃ su, 2/3 stəkan isti süd əlavə olunur və qarışdırılır. Matcha çayına zövqə görə bal, şəkər, vanil əlavə etmək olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Matça çayı müasir dövrümüzdə ənənəvi yapon içkisi kimi tanınır. Amma bu yaşıl çay ilk dəfə “Gündoğan ölkə” hesab olunan Yaponiyada deyil Çində ərsəyə gəlib. Hələ 5-ci əsrdə çinlilər çayın yarpaqlarını qızardıb sonra isə doğrayırdılar. Matça çayı Yaponiyada çox sonralar, əsasən 12-ci əsrdə istifadə olunmağa başladı. Belə ki, məhz yaponlar matçanın istehsal texnologiyasını tam təkmilləşdirdilər. Çayın hazırlanma metodikasını mənimsəyəndən sonra yaponlar onu hətta milli şirniyyatlarının əsas komponentinə çevirdilər.
Matça ildə bir dəfə yığılır. Onun hazırlanmasında və keyfiyyətli olmasında əsas məqam onun dərilmə və saxlanma qaydasıdır. Bunun üçün dərilmədən 2 həftə əvvəl günəşin təsirindən qorumaq məqsədilə çay yarpaqlarının üzəri örtülür. Bu halda çay öz təravətini, yarpaqlar isə yaşıl rəngini saxlayır. Belə olduqda çay yarpaqları amin turşuları ilə zənginləşir, çay isə şirin dada malik olur.
Çay yarpaqları əl ilə yığılır, xüsusi müəssisələrdə üyüdülüb açıq-yaşıl rəngli toz halına çevrilir. Önəmli olan çay yarpaqlarının üyüdülmə prosesində isinməməsidir. Məhz buna görə matça çox yavaş sürətlə üyüdülür. Matça çayının dadı onun tərkibindəki aminturşularından asılıdır. Daha gec yığılan aşağı sortlarla müqayisədə ilkin etapda yığılan yarpaqlar nisbətən mavi rəngli və şirin dadlı olur.
Matça yaşıl çayının tərkibi kalsiumla zəngin olduğu üçün diş sağlamlığını qoruyur, sümükləri möhkəmləndirir. Digər çaylardan fərqli olaraq çox miqdarda dəmir ehtiva edir və hemoqlobin sintezini artırır. Çayın tərkibi qida lifləri ilə zəngin olduğu üçün həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Əzələ toxuması üçün vacib element hesab olunan kalium matçanın əsas komponentlərindən biridir.
Çayın vitamin C ilə zəngin tərkibi immun sistemi möhkəmləndirir. Yod elementi hesabına beyin fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır. Matça çayı saç və dırnaqların normal uzanmasını təmin edir. Amin turşuları sayəsində orqanizmə enerji dəstəyi verir, tikinti materialı rolunu oynayır. Bundan başqa bu çayın tərkibində B1, B2, B6, A, P vitaminləri də vardır. Matça yapon yaşıl çayı lipid mübadiləsini tənzimləyir, ürək-damar və sinir sisteminin fəaliyyətinin yaxşılaşmasını təmin edir.
Matçanın adi yaşıl çayla müqayisədə yağ yandırma qabiliyyəti 4 dəfə çoxdur. Xolesterin səviyyəsini tənzimləyir, arterial təzyiqi normallaşdırır, yaddaşı və konsentrasiyanı yaxşılaşdırır. L-teanin hesabına xoşbəxtlik hormonları hesab olunan dofamin və serotoninin miqdarını artırır. Həmçinin gözün görmə qabiliyyətini yaxşılaşdırır.
Matça müntəzəm olaraq içildikdə gün ərzində əhvali-ruhiyyəni yaxşılaşdırır, bədəni gümrahlaşdırır. Kofeinlə zəngin olduğu üçün bir stəkan matça çayı 6 saat müddətində orqanizmin enerji təminatını saxlayır. Bundan başqa qalxanabənzər vəzin də fəaliyyətini yaxşılaşdıraraq hormonal balansı tənzimləyir. Matça çayı antioksidantlar sayəsində dərini cavanlaşdırır, anti-aging effekt verir, şiş xəstəliklərinin inkişafının qarşısını alır.
Əlaqəli yazı mövcud deyil.