Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Urali̇ti̇n Çay
Tərkibi: Toxumsuz lobya qını, qaragilə yarpaqları, boymadərən otu, göyəm çiçəkləri, çöl qatırquyruğu otu, dazıotu otu.
İstifadəsi: 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19:00 kimi daxilə qəbul edilir.
Qəbul müddəti 2-4 həftədir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Sidik turşusu – orqanizmin bütün hücerələrində olan RNT və DNT-nin tərkibini təşkil edən purin əsaslarının katobolizmi məhsuludur. Purin əsasları əsasən hüceyrələrin təbii ölümü nəticəsində az hissəsi isə qidaların (qaraciyər, qırmızı ət, balıq, paxlalılar) içkilərin (pivə, şərab) tərkibində orqanizmə daxil olur. Qaraciyərdə ksantinoksidaza fermenti ilə qarşılıqlı təsirdə olan sidik turşusu qanla böyrəklərə gələrək 70 faizə qədəri orqanizmdən sidiklə xaric olur, qalanları isə bağırsaqlardan nəcis vasitəsilə xaric olur. Sidik turşusunun sayəsində azotun artıq miqdarı da xaric olur. Qanda sidik turşusunun artmasına ya onun orqanizmdə normadan artıq əmələ gəlməsi ya da böyrəklər vasitəsilə orqanizmdən xaric olmasının pozulması səbəb ola bilir.
Böyrəklərdə yaranan hər hansı zədələnmə nəticəsində sidik turşusu və onun duzlarının orqanizmdən xaric olması çətinləşir, böyrəklərdə toplanaraq kristal və gələcəkdə daş əmələ gəlməsinə, oynaqlarda (xüsusilə ayaq oynaqlarında) sinovial mayenin tərkibinə keçərək oynaq səthində, yumşaq toxumalarda toplanır, podaqra xəstəliyinə səbəb olur.
Yaşlı insanların çoxunda sidikdə uratlara rast gəlinir. Bildiyiniz kimi bunun da səbəbi yaşla əlaqədar hüceyrələrin çox zədələnmələri, parçalanmalarıdır ki, bu zaman sidik turşusu normadan çox əmələ gəlir. Bundan başqa yaşlı insanlarda digər orqanlar kimi böyrəklərin də funksiyasının zəifləməsi sidik turşusunun xaric olmasını ləngidir. Yaş faktorunu da nəzərə alaraq sizə bu məqalədə zərərsiz Herba Flora məhsulu olan Uralitin çayı haqqında danışmaq istərdim.
Şəkərli diabet xəstəliyi zamanı da orqanizmdə digər orqanlarla yanaşı böyrəklər də zədələndiyindən əmələ gələn sidik turşusu və onun duzlarının orqanizmdən xaric olması ləngiyir, böyrəklərdə və oynaqlarda toplanır. Bu da xəstələrə əlavə olaraq narahatlıq yaradır, qarşısı alınmazsa gələcəkdə daş əmələ gəlməsinə səbəb olur. Bu xəstələr də Uralitin çayından istifadə edərək problemin öhdəsindən tez bir zamanda gələ bilərlər.
Bundan başqa bəzi sistem xəstəlikləri xüsusilə oynaq xəstəlikləri zamanı steroid preparatların istifadəsi qaçınılmazdı. Bunlar da bildiyimiz kimi böyrəklərdən sidik turşusu və onun duzlarının xaric olunmasını pozur. Uralitin çayı için, uratlara son deyin!
Əlaqəli yazı mövcud deyil.