Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Teazol Çay
Tərkibi: Adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, dərman pişikotu kökü, andız kökü, işlədici murdarça meyvəsi, dazıotu otu, ağ öksə otu, mayasarmaşığı qozaları.
İstifadəsi: 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 3-4 aydır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Son zamanlarda qurd xəstəlikləri həddən artıq çoxalmışdır. Uşaqlarda daha çox problemlər yaratdığından yoluxmanın qarşısını almaq, müalicəsini tez və vaxtında aparmaq daha vacibdir. Formalaşmaqda olan uşaq orqanizminə qurdun vurduğu ziyanlar saymaqla qurtarmaz. Daimi intoksikasiya nəticəsinədə uşaqlar əsəbi, oyanıq olur, gecə yuxusu çətinləşir, yatarkən dişlərini qıcayır, ağız suyu axması (hipersalivasiya) müşahidə olunur. Mədə-bağırsaq sistemi də qurdların təsirindən zədələnməyə məruz qalır. Bu, uşaqda həzmin pozulmasına, iştahanın itməsinə səbəb olur. Qəbizlik və ya ishal nəinki uşaqları, onların valideynlərini də olduqca narahat edir. Qidalı maddələrin, vitaminlərin bağırsaqlardan sorulmasının pozulması və daimi intoksikasiya uşaqlarda anemiyaya, yəni qanazlığına gətirib çıxarır. Anemiya özü də sinir sistemi fəaliyyətinin pozulmasında iştirak edən faktorlardandır. Qurd xəstəlikləri müalicəsində istifadə olunan kimyəvi tərkibli dərman maddələrinin istifadəsi qaçınılmaz olsa da, onun uşaq orqanizminə olduqca zərərli olduğu məlumdur.
Uşaqlarda qaraciyərin digər funksiyaları ilə yanaşı zərərsizləşdirmə funksiyası da tam formalaşmayıb və bu kimi preparatların da toksik təsirləri olduqca yüksəkdir. Bu səbəblərdən qaraciyər zədələnməyə tez məruz qalır, güclü intoksikasiya əlamətləri müşahidə olunur. Ona görə də həkim tərəfindən mütləq qaraciyərqoruyucu preparat təyin olunur. Qısa vaxt ərzində (3 gün, maksimum 5 gün) təyin olunmasının da səbəbi budur. Bununla yanaşı ölmüş qurdları orqanizmdən xaric etmək üçün işlədici, sinir sistemi üçün sakitləşdirici, iştaha açıcı preparatların təyini də müalicənin keyfiyyətini artırır. Və bunların da bəzilərinin kimyəvi tərkibli olduğunu nəzərə alsaq…
Bütün bunları əsas tutaraq Herba Flora şirkətinin qurdəleyhinə preparatı olan Teazol çayını tanımaq yerinə düşər. Tezol çayı tərkibi zəngin olan çaylardandır. Burada oxşar təsirli bitkilər qruplar şəklində çayın tərkibinə daxil olunmuşdur. Bir qrup bitkilər – adi dağtərxunu çiçəyi, tozağacı tumurcuğu, adi yovşan otu, andız kökü qurdların əzələ sisteminə iflicedici təsir göstərərək, tonusdan salır, öldürücü təsir edir. Bununla yanaşı qurdların bağırsaq divarına göstərdiyi mexaniki təsir nəticəsində yaranmış iltihabi prosesləri, spazmları aradan qaldırır.
Teazol çayının tərkibindəki işlədici murdarça meyvəsi bağırsaqların selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır və ölmüş qurdların orqanizmdən xaric olmasını sürətləndirir. Dazıotu otu qaraciyərdaxili öd yollarına spazmolitik təsir göstərir gərginliyi aradan qaldırır, qaraciyərqoruyucu effekt verir və Teazol çayının uzunmüddətli istifadəsinə zəmin yaradır. Qurd xəstəliklərindən pozulmuş iştahanı yaxşılaşdırmaq üçün Teazol çayının tərkibinə mayasarmaşığı qozası əlavə olunub. Mayasarmaşığı qozası, həmçinin antiallergik, sakitləşdirici təsir də göstərir.
Teazol çayı qurd xəstəliklərindən pozulmuş sinir sistemini sakitləşdirmək xüsusiyyətinə də malikdir, çünki tərkibinə sakitləşdirici bitkilərdən olan öksəotu və pişikotu kökü daxil edilib. Bunlar həm sakitləşdirici effekt verir, həm də pozulmuş yuxu rejimini qaydasına salır.
Bütün bu xüsusiyyətlər digər qurdqovucu preparatlardan Teazol çayını fərqləndirir və onun uzunmüddətli təyinatına əsas verir. Kimyəvi qurdqovucu preparatların qısamüddətli qəbulu zamanı sağ sista və yumurtalardan sonrakı günlərdə yenidən qurd fərdləri inkişaf edərək çoxalacaq. Ancaq Teazol çayı uzunmüddətli təyinatı nəticəsində həmin fərdlərə də təsir edir. Teazol çayı həm tək, həm də müalicə ilə yanaşı və yaxud dərman müalicəsində iki kurs arasındakı fasilə müddətində qəbul edilə bilər. Enterobioz müalicəsinin sonunda Teazol çayından imalə üçün də istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.