Teastomi̇n Çay

Tərkibi: Cökə çiçəyi, zəyərək toxumu, şirin biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü və kökümsovu.

İstifadəsi: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq tempe­raturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml ye­mək­dən 30 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.

Qəbul müddəti 30 gündür.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Yağlı, qızardılmış qidalar, fast-fudlar, kəskin və ədviyyatlı qidalar əhalinin, ən çox da işləyən təbəqənin gündəlik qida rasionunun böyük bir qismini təşkil edir. Statistikaya görə inkişaf etmiş ölkələrin əhalisinin 95 %-i mədə problemlərindən əziyyət çəkir. Bu səbəbdən xəstələr tərəfindən müxtəlif bürüyücü, antasid, iltihab əleyhinə preparatların vaxtında və müntəzəm olaraq qəbul edilməsi bir çox ağırlaşmaların qarşısını alır. Bu dərmanların hər biri həkimlər tərəfindən ayrı-ayrı preparat şəklində təyin olunduğundan xəstələrdə dərmana qarşı ikrah hissi yaranır. Həm də bu tipli preparatların uzunmüddətli təyin edilməsi həzm vəzilərində tənbəllik yaradır. Sonradan əlavə mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır. Bu səbəblə Herba Flora şirkətinin tam təbii məhsulu olan Teastomin çayı hər kəsin imdadına çatır.

Mədə və ya on iki barmaq bağırsaqda xora və ya eroziv proseslər zamanı lazım olan bürüyücü effekti Teastomin çayı tərkibindəki zəyərək toxumu, şirin biyan kökücökə çiçəyi kimi selik saxlayan bitkilər sayəsində həyata keçirir. Bürüyücü təsir göstərərək mədə divarında olan sinir ucluqlarını qıcıqlanmadan qoruyur və ağrıkəsici təsir göstərir. Həmçinin bu bitkilər zədə nahiyəsindəki iltihabi proseslərin sağalmasını da sürətləndirir. Bu xəstələri narahat edən əsas əlamət mədədə turşuluğun yüksəlməsi və qıcqırmadır. Bu hal qida qəbulu ilə əlaqədar daha da artır, xəstələrin həyat keyfiyyətini aşağa salır. Teastomin çayı kəcəvər köküşirin biyan kökü  sayəsində mədədəki xlorid turşusunun artıq miqadırını absorbsiya edərək neytrallaşdırır. Nəticədə mədənin turşuluğu azalır, qıcqırma və yanma hissi aradan qalxır.

Teastomin çayın tərkibi

Teastomin çayının tərkibində olan əksər bitkilər, xüsusən də istiotlu nanə yarpağı cökə çiçəyi mikrosirkulyasiyanı və regenerasiyanı yaxşılaşdıraraq həzm sistemində olan  xora və eroziv proseslərin sağalmasını sürətləndirir, spazmolitik təsir göstərərək ağrı sindromunu azaldır. Kəcəvər kökündə olan akorin qlikozidi, razyana meyvəsinanə yarpağı dad reseptorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Məlum olduğu kimi bu tip xəstələrdə adətən qəbizliyə meyillik olur. Teastomin çayı tərkibində selik və yağ turşuları saxlayan bitkilər (zəyərək toxumu, şirin biyan kökü) sayəsində yumşaldıcı effekt verir, qəbizliyin qarşısını alır. Teastomin çayını uşaqlar, hamilə qadınlar, südverən analar, xroniki xəstəliklə əlaqədar ömrünün sonuna qədər dərman içmək məcburiyyətində olan hər kəs, həm mədəqoruyucu, həm də mədə turşuluğunu azaltmaq məqsədi ilə rahatlıqla istifadə edə bilər.

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar