Teamen Çay

Tərkibi: İtburnu meyvəsi, yemişan meyvəsi, ziyilli tozağacı yarpağı, aptek çoban­yas­tı­ğı çiçəyi, qara gəndalaş çiçəyi, çöl qatırquyruğu otu, adi ardıc meyvəsi.

İstifadəsi: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl qəbul olunur.

Qəbul müddəti 60 gündür.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Son dövrdə oturaq həyat tərzi, düzgün olmayan geyimlər (dar şalvar), qeyri-düzgün qidalanma nəticəsində yaranan qəbizlik kimi əlamətlər kişilərin kiçik çanaq orqanlarında qan durğunluğuna səbəb olur. Bunlarla yanaşı gənc yaşlarda təsadüfi cinsi əlaqələrdən yoluxmuş bir çox infeksion xəstəliklər də prostat vəzdə iltihabi proses yaratdır. Gələcək nəsilartırma qabiliyyətini də risk altına almış olur. Bütün bunlar prostat vəzdə onsuz da zəif olan qan dövranını zəiflədir. İltihabi prosesin yaranmasına təkan verir. Prostat vəz kapsulunun keçiriciliyinin az olması nəticəsində kişi orqanizmində qanla ən az təchiz olunan orqandır desək, yəqin səhv etmiş olmarıq. Bu orqanda iltihabi proses olduqca tez yaranır. Ancaq müalicəsində istifadə olunan iltihabəleyhinə preparatlar orqana zəif çatdığına görə müalicənin müddəti aylarla davam edir. Onu da qeyd edim ki, təbii vasitələr sidik-cinsiyyət sisteminə daha tez təsir göstərir.

Herba Flora şirkətinin Teamen çayı kişi sağlamlığının göstəricisi, kişilərin ”ikinci ürəyi” hesab olunan prostat vəzin qeydinə qalan yüksək keyfiyyətli müalicəvi vasitədir. Teamen çayı iltihabi prosesin yaranmasına səbəb olan durğunluğu qan dövranını yaxşılaşdırmaqla aradan qaldırır. Bu xüsusiyyətləri, demək olar ki, tərkibindəki itburnu, yemişan, ardıc meyvələri kimi əksər bitkilər sayəsində həyata keçirir. Normallaşan qan dövranı sayəsində prostat vəzə gələn qan orqanın qidalanmasını, oksigen təchizatını yaxşılaşdırır. Teamen çayının tərkibindəki bataqlıq qurucası otu isə iltihabi proseslər nəticəsində keçiriciliyi bir az da zəifləmiş kapsulun kapilyar qan dövranını yaxşılaşdırır. Bununla yanaşı kapsulun pozulmuş, zəifləmiş keçiriciliyini artırır. Çayın tərkibindəki itburnu meyvəsi, qara gəndəlaş çiçəyi həm də xəstələrdə prostat vəzdə yaranmış ödem və şişkinliyi də aradan qaldırır.

Teamen çayın təsiri

Tərkiblərindəki rutin maddəsi sayəsində damar divarının keçiriciliyini azaldır, ətrafa maye sızmasının və ən nəhayət ödemləşmənin qarşısını alır. Prostat vəzdə olan şişkinlik, ödem sayəsində sidik kanalının sıxılması nəticəsində ağrılı sidiyəgetmə, qalıq sidik hissi kimi xəstəni narahat edən əlamətlər Teamen çayı hesabına tez bir zamanda aradan qalxır. Həmçinin çayın tərkibindəki əksər bitkilər: aptek çobanyastığı, çöl qatırquyruğu spazmı aradan qaldırır, sidikqovucu effekt verərək xəstənin rahat sidiyə getməsini və ağrıdan azad olmasını təmin edir. Teamen çayının tərkibindəki E vitamini ilə zəngin olan yemişan bitkisi prostat vəz şirəsinin keyfiyyətini yaxşılaşdırır, cinsi fəaliyyəti normallaşdırır, kişilərdə nəsilartırma qabiliyyətini yüksəldir. Teamen çayının tərkibindəki tozağacı yarpaqları isə tərkibindəki kumarin maddəsi hesabına həm kişi orqanizminin ümumi tonusunu artırır, həm də əhvali-ruhiyyəsini yaxşılaşdırır. Tozağacı yarpaqları trixomanada infeksiyasına qarşı da son dərəcə aktivdir.

Herba Flora şirkətinin Teamen çayı həm profilaktik, həm də müalicə məqsədi ilə bütün kişilər üçün əvəzolunmaz təbii məhsuldur. Əziz kişi oxucular, siz də Teamen çayı qəbul edin, ”ikinci ürəyinizin” qeydinə qalın!

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar