Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Teader Çayı
Tərkibi: Üçbölümlü yatıqqanqal otu, aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu otu, dərman pişikotu kökü, şirin biyan kökü.
İstifadəsi: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Çaydan vanna və islatma şəklində istifadə etmək olar.
Qəbul müddəti 1-3 aydır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bəzi dəri xəstəlikləri zamanı dəridə baş verən iltihabi və ya allergik proseslər xəstələri həm sağlamlıq, həm də estetik cəhətdən narahat edir. Bir çox dəri xəstəliklərinin etiologiyası məlum olmasa da, yaranan iltihabi prosesi müalicə etmək, orqanizmin həssaslığını azaltmaq əsas şərtlərdəndir. Bundan başqa, yenidoğulmuş körpələrdə, uşaqlarda dəri quruluşu tam formalaşmadığı üçün onun funksiyaları və müdafiə qabiliyyəti olduqca zəif olur. Bu səbəbdən də onların dərisi kənar təsirlərə tez məruz qalır, zədələnir. Bişməcələr, açılmalar, göbələklə zədələnmələr, səpgilər tez-tez yaranır.
Uşaqlarda bəzən allergiyaya meyillik halları da müşahidə olunur. Bu da uşağa süni qida verən və ya əlavə qidalara başlayan zaman özünü daha çox büruzə verir. Bu zaman orqanizmin həssaslığı artır, dəridə səpgi və qaşınma halları müşahidə olunur. Ona görə də, həkimlər analara körpələrini çox vaxt bitki dəmləmələri ilə çimizdirməyi məsləhət görürlər. Bişməcələr zamanı dəridə qızartı, bəzən tamlığın pozulması müşahidə olunur. Dərinin müdafiə qabiliyyəti zəif olduğundan infeksiyaların düşməsi və yayılması üçün şərait yaranır. Bundan başqa, bəzən şəkərli diabetdən əziyyət çəkən şəxslərin ətraflarında trofiki xoralar, yaralar əmələ gəlir, yaranmış yaralar gec sağalır. Çünki şəkərli diabetdən əziyyət çəkənlərdə artan qlükoza qan damarlarını zədələyir, qan dövranı, mikrosirkulyasiya pozulur. Regenerasiya prosesləri zəifləyir. Bu xəstələrə də Herba Floranın Teader çayını ayaqlara vanna şəklində təyin etmək olar.
Teader çayının tərkibində olan gicitkən yarpaqları, aptek çobanyastığı çiçəyi dəridə mikrosirkulyasiya və regenerasiyanı sürətləndirərək onun pozulmuş tamlığını bərpa edir. Qaraqınıq otu, yartıqqanqal otu bakterisid təsir göstərərək infeksiyaların yayılmasının qarşısını alır. Teader çayının tərkibində olan yatıqqanqal otu, bənövşə otu kimi bitkilər hipo- və desensibilizəedici təsir göstərərək orqanizmdə həssaslığı aradan qaldırır. Həmçinin yatıqqanqal otu, çöl qatırquyruğu otu maddələr mübadiləsini də sürətləndirərək allergik proseslərin sönməsini tezləşdirir.
Dəridə olan qaşınma, göynəmə nəticəsində istər böyüklərdə, istərsə də uşaqlarda sinir sistemində oyanıqlıq yaranır, bunun nəticəsi olaraq insan narahat olur, yuxusu pozulur, iştahasızlıq müşahidə olunur. Bu zaman Teader çayının tərkibində olan pişikotu kökü, kəklikotu otu, aptek çobanyastığı çiçəyi sinir sistemini sakitləşdirir, spazmolitik təsir göstərir. Yuxunu normallaşdırır və iştahanı yaxşılaşdırır. Yerli istifadə zamanı Teader çayının tərkibində olan şirin biyan kökü dərinin yerli müqavimətini artırır. Teader çayını həm böyüklər, həm körpələr, həm uşaqlara vanna, islatma, daxilə qəbul şəklində istifadə etmək olar. Hətta güclü allergik reaksiyalar zamanı imalə şəklində də tətbiq edilə bilər.
Əlaqəli yazı mövcud deyil.